Sizin Reklam Burada
Xəbər lenti
03-09-2025
02-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bərdədə 24 yaşlı oğlan on beş yaşlı qızla münasibətdə oldu: “Düşündüm ki, yaşı azdırsa...” – TƏFƏRRÜAT

Tarix: 03-09-2025 14:47     Baxış: 335 A- / A+


Bərədə rayonunda 2001-ci il təvəllüdlü Aqil yetkinlik yaşına çatmayan Əsli (adlar şərti verilib – red.) ilə cinsi əlaqədə olub.
Manevr.az teleqraf-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxs 2024-cü ilin iyun ayı ərzində kənddə yaşadığı evin yataq otağında Əsli ilə intim münasibətdə olub.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 152.1-ci ((on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
“Marketdə alış-veriş zamanı tanış olduq”
İş üzrə izahat verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilib. Bildirib ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonunun kəndində yaşayıb:
“Evliyəm, fərdi əmək fəaliyyəti ilə məşğul olmuşam. Yetkinlik yaşına çatmayan Əslini 2024-cü ilin əvvəllərində tanıdım. Həmin vaxtlar hər gün Ağdam rayonunun qəsəbəsinə gedərək sahədə soğan yığımında günəmuzd işləyirdim. Axşam saatlarında isə yaşadığım Bərdə rayonuna qayıdırdım.
Geri qayıdarkən Ağdam rayonunun qəsəbəsində adını xatırlamadığım ərzaq marketindən alış-veriş edirdim. Təsadüfən Əsli marketdə rastlaşdıq. Ondan xoşum gəldi, sevgi münasibətimiz yarandı. Əsliyə yaxınlaşaraq tanış oldum. Mobil nömrəsini öyrəndim, onunla danışmağa başladım”.
“Düşündüm ki, əsl ailə qurmalı qızdır”
Təqsirləndirilən şəxs qeyd edib ki, danışıqları zaman Əsli hələ 15 yaşının tamam olmadığını bildirib: “Hər şeyə rəğmən onunla ailə qurmaq qərarına gəldim. Düşündüm ki, yaşı azdır, əsl ailə qurmalı qızdır.
Bu barədə valideynlərimə məlumat verdim. Əslinin 18 yaşının tamam olduğunu, yəni, yetkinlik yaşına çatdığını dedim. Valideynlərim mənimlə razılaşdılar, Əslinin yaşadığı ünvana elçiliyə getdilər. Qızın yaxınları ailə qurmağımıza razılıq verdilər”.
Aqilin ifadəsinə görə, növbəti günlərin birində Ağdam rayonunun qəsəbəsində, Əslinin yaşadığı ünvanda ailələr arasında nişan mərasimləri baş tutub: “Bundan sonra toy mərasiminə hazırlıq üçün Əslinin anasının və özünün razılığı ilə Ağdam rayonundan yaşadığım kəndə gətirdim.
Gecə evin yataq otağında onunla təbii yolla cinsi əlaqədə oldum. Onun qızlıq bəkarətini pozdum. Lakin cinsi əlaqədə olmağımızdan heç kimin xəbəri olmadı”.
Təqsirləndirilən şəxs deyib ki, növbəti gün yaşadığı evin həyətində kustar üsulla qurulmuş mağarda toy məclisi keçirilib:
“Əslinin ailəsinin maddi vəziyyəti aşağı olması səbəbi ilə qız-oğlan toyu bir yerdə keçirildi. Saat 22 radələrində toy şənliyi başa çatdı. Təxminən saat 23 radələrində yaşadığım evin yataq otağında Əsli ilə cinsi əlaqədə oldum. Daha sonra Əsli öz razılığı ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olduq. Əsli ilə zorla cinsi əlaqədə olmamışam. Tutduğum əməldən peşmançılıq hissi keçirirəm”.
“Özümə xəsarət yetirməyə çalışdım”
İş üzrə zərərçəkmiş Əslinin sözlərinə görə, anası Fazilə ilə Ağdam rayonun qəsəbəsində yaşayıb: “Mən atamı tanımıram. 2024-cü ilin yanvarında qəsəbədə mağazada olarkən Aqil də ora gəldi. Baxışdıq, bir-birimizdən xoşumuz gəldi. Telefon nömrəmi ona verdim ki, mənimlə əlaqə saxlasın.
Aqili çox sevdiyimdən ona yaşımın az olduğunu demədim. Anam evlənməyimə etiraz etdi. Buna görə hətta bıçaqla özümə xəsarət yetirməyə çalışdım.
Mən təkid etdiyimdən 2024-cü ilin qış aylarında Aqilin valdeyinləri, qohumları bizə elçi gəldi. Sonra nişanımız oldu. Lakin anam üç il gözləməyi məsləhət gördü. Buna razı olmadığıma görə Aqillə qoşularaq getmək qərarına gəldim. Onunla birlikdə getdim və toyumuz oldu”.
Zərərçəkmiş qeyd edib ki, Aqillə evlənməyi özü təkid edib: “Mən inad etdim. Hətta intihar etmək də istədim. Aqilə yaşımın az olduğunu deməmişəm. İndi birlikdə yaşayırıq, bir uşağımız var”.
“Qızımın ailə qurmasına razı olmamışam”
İş üzrə danışan qızın anası Fazilənin sözlərinə görə, zərərçəkmiş onun qızıdır, həyat yoldaşı ilə ayrıldığından onu özü tək böyüdüb: “Qızımı ərə vermək fikrim olmayıb, onu hazırlığa da göndərdim ki, oxusun. Lakin o oxumaq istəmədi.
Aqilin valdeyinləri, qohumları bizə elçi gəldi. Elçilərə qızımın yaşını demədim. Elçilik mərasimindən sonra qəsəbədə nişan oldu. Daha sonra isə Bərdə rayonunun kəndində toy mərasimi keçirildi.
Qızım Aqillə qoşulub gedəndə Ağdam Rayon Polis Şöbəsinə müraciət etdim. Qızımın həmin vaxt ailə qurmasına razı deyildim. Amma o, inad etdi, evə girərək qapını bağladı, bıçaqla özünə xəsarət yetirmək istədi”.
“Etiraf etdilər”
İş üzrə izahat verən rayon polis şöbəsinin kənd sahə müvəkkili bildirib ki, bu evlilikdən toydan sonra xəbər tutublar: “Fakt öz təsdiqini tapdı və bu barədə araşdırma aparılması üçün Bərdə Rayon Polis Şöbəsinin rəhbərliyinə raportla müraciət etdim. Həmin gün təqsirləndirilən və zərərçəkmiş şəxs Bərdə Rayon Polis Şöbəsinə dəvət olundular. Onlar istintaq bölməsində səmimi etiraf etdilər”.
Bu cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Aqilin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza alıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar