Xəbər lenti
Həbsdən çıxan şəxs 60 yaşlı dayısını öldürməkdə şübhəli bilinir
Xətai rayonu, 8 Noyabr küçəsində baş verən qətl hadisəsi ilə bağlı yeni detallar məlum olub.32 yaşlı Rəhim Qasımov dayısı, 60 yaşlı Firdovsi Həsənovun evinə gəlib. Bu zaman dayı ilə bacısı oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı R.Qasımov kəsici alətlə dayısına xəsarət yetirib.
F.Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qonşuların sözlərinə görə, mərhum bacısı oğlunu çox istəyirmiş.
"Rəhim cinayətə görə həbsdə idi, bu yaxınlarda azadlığa çıxmışdı. Azadlığa çıxan kimi dayısını öldürdü. Mərhum TIR sürücüsü idi", - deyə qonşulardan biri bildirib.
Hadisədən sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Rəhim Qasımov saxlanılıb. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























