Sizin Reklam Burada
Xəbər lenti
22-10-2025
21-10-2025
BÜTÜN XƏBƏRLƏR

Keçmiş baş həkimə bu əməllərinə görə - 8 il 9 ay həbs!

Tarix: 14-08-2025 22:15     Baxış: 477 A- / A+
Keçmiş baş həkimə bu əməllərinə görə - 8 il 9 ay həbs!Külli miqdarda rüşvət almaqda və dələduzluqda ittiham olunan Gəncə Dəmir Yolu Xəstəxanasının sabiq baş həkimi Vidadi Seyidovun məhkəmə araşdırması başa çatıb.

Eks-baş həkimə verilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış sübutlarla təsdiqini tapıb.

V.Seyidov baş həkim vəzifəsində işləyən müddətdə ona yaranan inam və etibardan sui-istifadə edib. Öz qulluq mövqeyindən istifadə edərək bir neçə şəxsə pensiya müavinəti düzəldəcəyi, xəstəxanada işlə təmin edəcəyi ilə bağlı yalan vədlər edib. Bundan əlavə, bir neçə nəfərdən rüşvət alıb. O, zərərçəkmişlərdən birindən pulu oğlunun təhsilhaqqını ödəmək, digərindən isə dərman biznesi qurmaq adı ilə götürüb.

Baş həkimin əməlindən 9 nəfər zərər çəkib. Onlara dəymiş ziyan isə 250 min manat civarındadır.
Təqsirləndirilən şəxs ona elan olunan ittihamlarla özünü qismən təqsirli bilib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Seyidov 8 il 9 ay müddətinə azadlıqdan məhrum edilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar