Sizin Reklam Burada
Xəbər lenti
21-09-2025
20-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda qətl törədən məktəbliyə hökm OXUNDU

Tarix: 21-07-2025 16:34     Baxış: 498 A- / A+
Bakının Sabunçu rayonunda qətl hadisəsi törətməkdə ittiham olunan Elcan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Elcan Süleymanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
Onun cəzasını yetkinlik yaşına çatmayanlarla bağlı müəssisədə çəkməsi qərara alınıb.
Qeyd edək ki, ittihama görə ötən il oktyabrın 2-də səhər saatlarında Sabunçu rayonunun Ramana qəsəbəsi ərazisində 2004-cü il təvəllüdlü Nağıyev Xəyal Əbülfət oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Elcan Süleymanov müəyyən olunaraq saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib. Elcan Süleymanov qətli törədən zaman məktəbli olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar