Lənkəranda bıçaqlanma hadisəsi baş verib. Manevr.az oxu.az-a istinadla xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb.
Hadisə nəticəsində 1977-ci il təvəllüdlü Firad Həbibov bıçaqlanıb. Yaralı rayon xəstəxanasına yerləşdirilib. Onun Lənkəranda "Pambayi" istirahət mərkəzinin müdiri olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.