Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

1977-ci ildəki qətlə görə TUTULDU - Siqaret izi ilə bilindi...

Tarix: 14-05-2025 13:28     Baxış: 4122 A- / A+
1977-ci ildəki  qətlə görə TUTULDU - Siqaret izi ilə  bilindi...
ABŞ-da təxminən yarım əsr əvvəl baş vermiş qətlin üstü açılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 1977-ci ildə 24 yaşlı Jeanette Ralstonun ölümündə əli olan 69 yaşlı kişini həbs ediblər.
Xaarici media bildirir ki, qızın cinsi təcavüz və boğulma əlamətləri olan cəsədi 1977-ci il yanvarın 21-də Kaliforniya ştatının San-Xose şəhərindəki barlardan birinin dayanacağında öz avtomobilində tapılıb. İllərdir davam edən səylərə baxmayaraq, 2024-cü ilin yayınadək iş bağlı qalıb. Müstəntiqlər yalnız 2024-cü ilin yayında sübutların yenidən təhlilinə başlayıblar. 
Mütəxəssislər cinayət yerinin barmaq izlərini yenilənmiş Federal Təhlükəsizlik Bürosunun məlumat bazası vasitəsilə aparıblar və bu, istintaqda irəliləyişə səbəb olub.
Əsas dəlil maşının içərisindəki siqaret qutusunda çətin görünən bir iz olub. O, Ohayoda yaşayan keçmiş əsgər Villi Eugene Simsin izləri ilə uyğunlaşdırılıb. 1978-ci ildə o, adam öldürməyə cəhdə görə 2,5 il həbs cəzası alıb, lakin Kaliforniyanı tərk edib.
2025-ci ilin əvvəlində detektivlər Simsdən bioloji nümunə götürüblər, bu nümunə cinayət yerində tapılan DNT-yə uyğun gəlib. Təqsirləndirilən şəxs indi girovsuz saxlanılır və onu ömürlük həbs gözləyir.
FTB-nin qeyd etdiyi kimi, iş təkmilləşdirilmiş barmaq izi analizi alqoritmləri və məhkəmə genetikasında irəliləyiş sayəsində həll edilib. Bu hadisə müasir texnologiyanın onilliklər sonra ədalətin bərpasına necə kömək etdiyinə bir nümunə olub.lent.az

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar