Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynova ağır cəza verildi

Tarix: 07-05-2025 16:29     Baxış: 3156 A- / A+


Dövlətə xəyanətdə ittiham olunan Həsən Hüseynovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanmış cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Manevr.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Təqsirləndirilən şəxsə elan edilmiş ittihamlar məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlarla öz təsdiqini tapıb.
Hökmə əsasən, Həsən Hüseynov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Həsən Hüseynov xarici xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək həmin orqanın Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə verilən tapşırıqlarının icra edilməsi istiqamətində gizli fəaliyyət göstərib, həmçinin ölkə ərazisində xüsusi xidmət orqanlarının göstərişi ilə digər məxfi tapşırıqları yerinə yetirən şəxslərə pul vəsaitini şəxsən köçürərək Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə olaraq qəsdən xarici dövlətə, təşkilata və nümayəndələrinə kömək edib, dövlətə xəyanət eləyib.
O da məlum olub ki, DTX tərəfindən həbs edilmiş Həsən Hüseynov Tural Məmmədova xarici xüsusi xidmət orqanlarının tapşırıqlarının icrası müqabilində pul vəsaitlərinin göndərilməsini təşkil edib (Tural Məmmədov xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə Azərbaycanda güdmə, tapşırılan ünvanların gizlin videoçəkilişlərini apardığına görə daha əvvəl həbs edilib. Onun yaşadığı ünvandan hava məkanında obyektlərin hərəkət trayektoriyasını müşahidə edən, xaricdən göndərilmiş xüsusi qurğu aşkarlanıb).teleqraf

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar