Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Hoteli əxlaqsızlıq yuvasına çevirən qadın cəzalandırıldı 

Tarix: 26-04-2025 18:38     Baxış: 393 A- / A+
Hoteli əxlaqsızlıq yuvasına çevirən qadın CƏZALANDIRILDI

Astara şəhərində yerləşən "Panorama" hotel-restoranda əxlaqsızlıq yuvası təşkil edən qadın cinayət məsuliyyətinə cəlb edilib.
 
Manevr.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, iaşə obyektinin icarədarı 1965-ci il təvəllüdlü Elnarə Babayeva (soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvası təşkiletmə) maddəsi ilə iş açılıb.
 
Araşdırmalar zamanı müəyyən edilib ki, E.Babayeva dəniz kənarında yerləşən hoteli 600 manat aylıq ödənişlə icarəyə götürərək işlədib. Bu müddət ərzində o, müxtəlif şəxslərin hoteldə pul qarşılığında görüşməsinə şərait yaradıb və bundan maddi gəlir əldə edib.
 
Astara sakinlərindən birinin polisə müraciətindən sonra hoteldə əməliyyat keçirilib və əxlaqsızlıq yuvasının təşkil edilməsinin üstü açılıb.
 
Cinayət işi üzrə keçirilən məhkəmə prosesində təqsirləndirilən qadın onkoloji xəstəlikdən əziyyət çəkdiyini bildirib. Həkim rəyində də onda bağırsaq xərçəngi xəstəliyinin olması qeyd edilib.
 
Astara Rayon Məhkəməsinin 22 aprel tarixli hökmü ilə Elnarəyə iki il islah işləri cəzası verilib

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar