Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Sabiq direktora hökm oxundu

Tarix: 26-04-2025 16:37     Baxış: 374 A- / A+


Şamaxı və Qobustan rayon Mərkəzi xəstəxanalarının mənimsəmədə ittiham olunan sabiq direktoru Emin Hüseynin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Manevr.az report-a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, ona 1 il sınaq müddəti müəyyən edilməklə şərti cəza verilib.
İttihama görə, Emin Hüseyn Qobustan və Şamaxı rayonlarının Mərkəzi xəstəxanalarında direktor vəzifəsində işləyərkən rəsmi sənədlərə yalan məlumatları daxil edib. O, bu yolla dövlət büdcəsindən həmin xəstəxanalara ayrılmış pul vəsaitlərini mənimsəməkdə təqsirləndirilib.
İttihamda qeyd olunub ki, o, Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində işləyərkən xəstəxananın kompüter və periferiya avadanlıqlarının təmiri və texniki qulluq xidmətlərinin göstərilməsi ilə bağlı ayrılan vəsaiti, həmçinin Şamaxı Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsində işləyərkən xəstəxananın təmiri üçün ayrılmış pulun bir qismini, sözügedən xəstəxanaya dərman vasitələrinin alınmasına görə təyin olunan pulu və digər təyinatlarla ayrılmış vəsaitləri mənimsəyib.
Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
Məhkəmə materiallarına əsasən, o, mənimsənilən məbləğlərin müəyyən hissəsini dövlət büdcəsinə geri qaytarıb.
Emin Hüseyn ifadəsində hazırda “Batı Göz” klinikasında baş həkim vəzifəsində işlədiyini bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar