Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Üç övladının gözü qarşısında ərini öldürən qadın AZADLIĞA BURAXILDI

Tarix: 18-04-2025 19:32     Baxış: 3137 A- / A+

Gəncə məhkəməsi Bərdə rayonunda baş verən ailə faciəsi ilə bağlı qərar verib.
Manevr.az modern.az-a istinadla xəbər verir ki, hadisə 2023-cü ildə gecə saatlarında üç azyaşlı uşağın gözü qarşısında baş verib.
Məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli həyat yoldaşı Nurlan Çərkəzlini qəsdən öldürsə də, bu əməli anlaqsız vəziyyətdə törətdiyi müəyyən olunub və o, cinayət məsuliyyətindən azad edilib.
İstintaq və məhkəmə sənədlərinə əsasən, Aysu Çərkəzli uzun müddət ailədaxili zorakılığa məruz qalıb. Hadisə baş verən gecə isə Nurlan Çərkəzli spirtli içki qəbul etdikdən sonra evə qayıdaraq həyat yoldaşını hədələyib: "Səni öldürəcəyəm, get, mətbəxdən bıçağı gətir". Daha sonra evdə olan pnevmatik silahı güllə ilə dolduraraq Aysuya qarşı təzyiqləri davam etdirib.
Aysu həmin anda psixi gərginlik və qorxu içində mətbəxdən bıçaq gətirib və nəticədə həyat yoldaşına ölümcül zərbələr endirib.
Aysu Çərkəzlinin məhkəmədə bildirdiyinə görə, hadisə günü baş verənlər və Nurlanın davranışları onda "kəskin stres" və "patoloji affekt" yaradıb. Tibbi ekspertizanın rəyinə əsasən, Aysu "orta dərəcəli depressiv pozuntu" diaqnozu ilə həmin an anlaqsız vəziyyətdə olub. Bu səbəbdən o, törətdiyi əməli dərk və idarəetmə qabiliyyətini itirmiş hesab olunub.
Hadisə şahidi olan üç azyaşlı uşağın məhkəmədə verdiyi ifadələr də ailədə davam edən zorakılığın və gərginliyin izlərini təsdiqləyir. Uşaqlardan biri atasının anasına qarşı fiziki və psixoloji təzyiqlər göstərdiyini, bıçaqla vurulan anın şahidi olduğunu bildirib. Digərləri isə hadisə zamanı qorxudan yuxuya getdiklərini, səhər valideynlərini qan içində gördüklərini deyiblər.
Məhkəmə Aysu Çərkəzlinin əməli törədərkən psixi vəziyyətinin sabit olmadığını sübuta yetirərək onu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi üzrə cinayət məsuliyyətindən azad edib. Qərara əsasən, Aysu Çərkəzli barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi tibbi müalicə tədbiri tətbiq olunacaq. Onun müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasında həyata keçiriləcək.








Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar