Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizədən xəbər var

Tarix: 05-04-2025 12:53     Baxış: 4152 A- / A+
Ərinin qətlini sifariş verməkdə ittiham olunan Əzizədən xəbər var
Ərinin qətlini sifariş verməkdə ittiham olunan 24 yaşlı Əzizə Seyidovanın işinə yenidən baxılacaq.
Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb cinayət işini araşdıran əvvəlki hakimin bir müddət əvvəl vəfat etməsidir.
İşi bu dəfə Roman Ələkbərlinin sədrlik etdiyi hakim araşdıracaq. Artıq yeni tərkibdə tanışlıq iclası keçirilib. Gələn həftədən təkrar məhkəmə istintaqı başlayacaq.
Məlumat üçün deyək ki, bu iş əvvəl hakim Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılırdı. Həmin vaxt artıq sonuncu iclaslar keçirilirdi. Hakimin futbol matçında qəfil vəfatı vəziyyəti dəyişib.
Qanuna görə, hakimlər dəyişərkən məhkəmə yenidən başlamalıdır.
Qeyd edək ki, Əzizə ilə bir yerdə üç nəfər- tanışı Mehdi Məmmədov və onun dostları Bəxtiyar Fərzəliyev və Elvin Əliyev mühakimə edilir. Onlar Əzizənin qətl sifarişini yerinə yetirməkdə ittiham edilirlər.
İstintaq materiallarında deyilir ki, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etdiyinə görə yeməyinə "siçan dərmanı" qatıb zəhərləmək istəyib. Sonradan isə fikrindən daşınıb, onu öldürtdürmək qərarına gəlib. O, ərinin qətlini tanışı Mehdi Məmmədliyə sifariş verib. Onlar birlikdə plan qurub, Ə.Seyidlinin evə gəlib-getmə vaxtlarını dəqiqləşdiriblər. 2023-ci il mart ayının 15-də Ə.Seyidova M. Məmmədli ilə əlaqə saxlayıb, ərini məhz həmin gün öldürməyi tapşırıb. Bundan sonra M. Məmmədli dostları ilə birlikdə gecə saatlarında Ə.Seyidlinin yaşadığı ünvanın yaxınlığına gələrək gözləyiblər. Ə.Seyidli evinə daxil olmaq istədikdə M.Məmmədli və dostları qarşısını kəsərək ona 23 bıçaq zərbəsi endirməklə qətlə yetiriblər.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar