Xəbər lenti
Günel Səfərova istintaqa cəlb olundu

Manevr.az gununsesi.info-ya istinadən xəbər verir ki, Günel Səfərova da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) qrant alan şəxslər siyahısında olub.
Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilib.
Qeyd edək ki, 2021-2023-cü illər ərzində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınların sosial qiymətləndirilməsi" layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.
Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub.
O, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar