Sizin Reklam Burada
Xəbər lenti
07-09-2025
06-09-2025
BÜTÜN XƏBƏRLƏR

Günel Səfərova istintaqa cəlb olundu

Tarix: 24-03-2025 15:14     Baxış: 3186 A- / A+


Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova Baş Prokurorluğun İstintaq İdarəsində aparılan "QHT İşi" çərçivəsində istintaqa cəlb olunub.
Manevr.az gununsesi.info-ya istinadən xəbər verir ki, Günel Səfərova da ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyindən (USAID) qrant alan şəxslər siyahısında olub.
Onun ötən həftə Baş Prokurorluqda 5 saata yaxın dindirildiyi bildirilib.
Qeyd edək ki, 2021-2023-cü illər ərzində Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın sədri vəzifəsində çalışan Günel Səfərova Avrasiya Əməkdaşlıq Fondu, "SOS Uşaq Kəndləri - Azərbaycan" Assosiasiyası kimi beynəlxalq təşkilatlarda layihə rəhbəri olub. Bundan əlavə, Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının üzvü, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının "Qaçqınların sosial qiymətləndirilməsi" layihəsinin müqavilə üzrə rəhbəri kimi fəaliyyət göstərib.
ATƏT-in müşahidəçilik missiyasında təmsil olunan Günel Səfərova "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyinin sədridir.
Bundan başqa, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü olub.
O, uşaq hüquqlarının müdafiəsi istiqamətində məktəblərdə qısnama, zorakılıq əleyhinə həyata keçirilən proqram və layihələrin idarəçiliyində iştirak edib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar