Sizin Reklam Burada
Xəbər lenti
16-08-2025
15-08-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycan kriminal avtoriteti bu ölkəyə ekstradisiya edəcək

Tarix: 20-03-2025 16:08     Baxış: 3148 A- / A+

Azərbaycan Carkhand ştatında ən çox axtarılan qaçağı, Bakı həbsxanasında saxlanılan, Sunil Mina kimi də tanınan Mayank Sinqhin Hindistana ekstradisiyasını təsdiqləyib.

Manevr.az-ın məlumatına görə, "report” Hindistan KİV-ə istinadən xəbər verir ki, Carkhand polisinin baş direktoru Anuraq Qupta mərkəzi qurumların köməyi ilə onun ekstradisiyası ilə bağlı bütün hüquqi prosedurların tamamlandığını təsdiqləyib.

Carkhandın Terrorla Mübarizə Bölməsi (TMB) İnterpol vasitəsilə tutarlı sübutlar təqdim edib və bu, Azərbaycan məhkəməsinə Mayankı təhlükəli cinayətkar elan etməyə və onun ekstradisiyasını təsdiqləməyə imkan verib.

Carkhand TMB-nin nümayəndələrindən ibarət komanda qısa zamanda Mayankı aparmaq üçün Azərbaycana gələcək.

Bu işdə Hindistan və Azərbaycan arasında ekstradisiya müqaviləsi həlledici rol oynayıb. Polis rəsmiləri bunu xaricdən fəaliyyət göstərən cinayətkarlarla mübarizədə böyük irəliləyiş kimi qiymətləndirirlər. Onlar düşünürlər ki, Mayankın qaytarılması təkcə Carkhand polisinə kömək etməyəcək, həm də mütəşəkkil cinayətkarlıq şəbəkələrini parçalamaqda digər ştatlara yardımçı olacaq.

Mayank xaricdə həbs edilən və ekstradisiya ilə üzləşən ilk carkhandlı cinayətkar olub. O, sosial mediada dəbdəbəli həyat tərzini və müasir silahlarını nümayiş etdirməklə şöhrət qazanıb. Carkhand polisinin uzun səylərindən sonra o, keçən il Bakıda həbs edilib.

Mayankın uzun kriminal tarixçəsi var və qanqster Lourensin uşaqlıq dostu olub. Son iki il ərzində o, Malayziyada yaşasa da, Carkhandda qəsb və digər cinayətləri təşkil edən, polislə atışmada öldürülən qanqster Aman Sahu ilə sıx əməkdaşlıq edib. O, internet zənglərindən istifadə edərək tez-tez iş adamlarını təhdid edib, sosial şəbəkələrdə aktivlik göstərərək öz dəstəsini açıq şəkildə təbliğ edib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar