Sizin Reklam Burada
Xəbər lenti
24-09-2025
23-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda həbs edilən FETÖ üzvünə bu cəza verildi

Tarix: 26-02-2025 20:52     Baxış: 3137 A- / A+
Azərbaycanda həbs edilən FETÖ üzvünə bu cəza verildi
2023-cü ilin iyul ayında Azərbaycanda FETÖ-yə qarşı keçirilən əməliyyatlar çərçivəsində saxlanılan 1994-cü il təvəllüdlü İlkin Həşimliyə hökm oxunub.
Manevr.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi İlkini Cinayət Məcəlləsinin 204.1-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) və 167-ci (dinə etiqad etməyə məcbur etmə) maddələri ilə təqsirli bilib.
Ona 5 il 3 ay həbs cəzası verilib.
Bildirilib ki, İlkin Həşimli həmin vaxt polis əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində saxlanılıb. Onun avtomobilindən və evindən 20 ədəd saxta 100 dollarlıq əskinaslar, FETÖ terror təşkilatının bir müddət öncə vəfat etmiş lideri Fətullah Gülənin “Bahar neşidesi”, “Hakka adanmışlar yolu: Çağ ve nesil - 10”, “Hüzmeler ve iktibaslar”, “İla-yi kelimetullah ve ya cihad”, “Kirik testi” kitablarının PDF formatının əks olunduğu fləşkart və digər çap nümunələri və təbliğat vasitələri götürülüb.
Qeyd edək ki, əməliyyatlar çərçivəsində FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olduğu iddia edilən Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev də saxlanılıb. Onların barələrindəki işlər də məhkəmələrə göndərilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar