Sizin Reklam Burada
Xəbər lenti
12-02-2025
11-02-2025
BÜTÜN XƏBƏRLƏR

Daha bir ailə cinayəti: ata 13 yaşlı qızını divanda BOĞDU, özü isə... - FOTO

Tarix: 12-02-2025 13:59     Baxış: 431 A- / A+

Türkiyədə Tekirdağda 13 yaşlı qızını öldürən, daha sonra həyatını sonlandırmağa cəhd edən şübhəli ata A.Y.-nin ifadəsi məlum olub.
 Türkiyə mətbuatına istinadən xəbər verir ki, qızının sosial media hesabında sevgilisi ilə paylaşımlarını gördükdən sonra çox əsəbiləşdiyini bildirən A.Y "Qızımı divanda boğdum, sonra narkotik içib həyatdan getmək üçün özümə xəsarət yetirdim" deyib.
44 yaşlı ata yaxınları sosial şəbəkə hesabında "Ölümümüzə görə keçmiş həyat yoldaşım günahkardır" yazdıqdan sonra onun həyatını sonlandırmağa cəhd edəcəyini düşünüb və vəziyyəti polisə bildiriblər.
Xəbər verildikdən sonra hadisə yerinə polis və həkimlər kişini hərəkətsiz, yaralı vəziyyətdə, 13 yaşlı qızı Su Diləm Y-nin öldüyünü müəyyən ediblər. Özünə xəsarət yetrirmiş kişi Çorlu Dövlət Xəstəxanasına yerləşdirilib.
Müəyyən edilib ki, A.Y bir müddət əvvəl həyat yoldaşından ayrılıb. Xəstəxanada müalicəsi başa çatan ata polis tərəfindən saxlanılıb.
ATADAN ŞOK ETİRAF
Şübhəli ata ifadəsində hadisə baş verən gün qızını məktəbdən götürüb evə gətirdiyini izah edib. Açıqlamasında qızının sevgilisi ilə sosial media hesabında paylaşdığı paylaşımlardan sonra çox əsəbiləşdiyini bildirən kişi "Evə gələndən az sonra qızımla bu səbəblərdən mübahisə etdim. Sonra əsəbiləşdim və qızımı divanda boğdum, sonra dərman içdim və ölmək üçün özümə xəsarət yetirdim" deyib.milli.az

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar