Xəbər lenti
"Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirəm" - Daha bir erməni Bakı platformasını dəstəklədi
Yerevanda məşhur olan vətəndaş fəalı, tanınmış linqvist Asmik Bunatyan Ermənistan- Azərbaycan Sülh Platformasına qoşulub. Bu haqda virtualaz.org-a Platformanın katibliyindən bildiriblər.
Məlumata görə, A.Bunatyan bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması imkanını anlayaraq, Azərbaycanın müstəqilliyini və beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tamamilə dəstəkləyirəm. Həmçinin münaqişənin sülh yolu ilə həllinə yönəlmiş BMT Nizamnaməsinin, BMT Təhlükəsizlik Şurası qətnamələrinin və ATƏT-in Minsk Qrupunun əhəmiyyətini qeyd etmək istəyirəm”.
A.Bunatyanın sözlərinə görə, münaqişənin həll olunmaması nəticəsində hər iki ölkədə xalqların bir-birinə düşmən münasibəti üstünlük təşkil edir: "Azərbaycan və Ermənistan xalqları sülhün təminatı və gələcək nəsillərimiz naminə münaqişəni qurtarmalıdırlar. Mən iki xalqın sülh içində yaşaması ideyasını tamamilə dəstəkləyir və münaqişənin, hansı ki, 25 ildən çoxdur davam edir, sülh yolu ilə ən sürətli həllinə ümid edirəm. Bu səbəbdən əsas məqsədi Cənubi Qafqazda sülhün bərpası və saxlanılması olan Ermənistan-Azərbaycan Sülh Platformasına tam dəstəyimi bildirir və ona qoşulduğumu bəyan edirəm”, - deyə Yerevan vətəndaş fəalının virtualaz.org-un redaksiyasına göndərilmiş bəyanatında deyilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar