Sizin Reklam Burada
Xəbər lenti
21-11-2024
20-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər və azərbaycanlılar Sarkisyanı ittiham etdilər...

Tarix: 10-03-2017 17:15     Baxış: 2517 A- / A+
Ermənilər və azərbaycanlılar Sarkisyanı ittiham etdilər...



Ermənistan-Azərbaycan Sülh Platforması dövlət rəsmilərini çıxışlarında müharibə çağırışlarına son qoymağa çağırıb.

Sülh Platformasının mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Ermənistan prezidenti Serj Sarkisyanın bu günlərdə “Frans-Press” Agentliyinə (AFP) açıqlamasında əksini tapan müharibə ritorikası Cənubi Qafqaz regionunda yenidən sabitliyin və təhlükəsizliyin pozulmasına əsaslı zəmin yarada bilər.

Sülh Platforması hesab edir ki, dövlət rəhbəri səviyyəsində belə bəyanatın verilməsi Ermənistanın danışıqlar prosesində maraqlı olmadığını bir daha ortaya qoyur: “Biz Ermənistan-Azərbaycan Sülh Platforması olaraq dövlət başçılarının müharibə bəyanatı verməsini qəbuledilməz sayırıq və bilirik ki, belə hallar məqsədindən asılı olmayaraq insanlarda düşmənçilik və nifrət hisslərinin artmasına səbəb olur. Bu da öz növbəsində sülh prosesinə ciddi təhlükə yaradır.

Hesab edirik ki, dövlət rəhbərlərinin münaqişənin həlli ilə bağlı çıxışları ciddi və konkret məsələlər üzrə aparılmalı olan danışıqların konstruktivlik aurasını qorumalıdır.

Eyni zamanda Rusiyada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiya xarici işlər naziri Sergey Lavrov ilə görüşü zamanı danışıqların dayandırılması səbəbləri haqqında səsləndirdiyi fikir bizdə çox ciddi narahatçılıq yaradır. Çünki sülh danışıqlarına ara verilən zaman silahların səsi daha gur eşidilir. Bu isə bütün region üçün böyük təhlükə və humanitar böhran deməkdir. Baş verə biləcək müharibə insan itkiləri ilə müşahidə olunan böyük faciələrə gətirib çıxarır ki, bu da münaqişənin həllini daha da çətinləşdirərək gələcək birgə yaşayış imkanlarını sıfıra endirir.

Ermənistan-Azərbaycan Sülh Platforması olaraq yuxarıda qeyd olunan səbəbləri əsas götürərək dövlət başçılarını və rəsmilərini hərbi ritorikaya son qoymağa, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində vasitəçi rolunu oynayan ATƏT-in Minsk Qrupu həmsədrlərini danışıqların bərpa olunması üçün səylərin artırılmasına səsləyirik.

Həmçinin, ATƏT-in Minsk Qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qoşunların təmas xəttində yarana biləcək istənilən hərbi eskalasiyanın qarşısını almaq məqsədi ilə əvvəlcədən mandatlarına uyğun olaraq qabaqlayıcı tədbirlər həyata keçirməyə çağırırıq”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar