Sizin Reklam Burada
Xəbər lenti
24-11-2024
23-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağdakı döyüşlərin 4 SƏBƏBİ: Putinin adamı BÜTÜN SİRLƏRİ AÇDI

Tarix: 01-03-2017 13:34     Baxış: 5536 A- / A+
Qarabağdakı döyüşlərin 4 SƏBƏBİ:


“Dağlıq Qarabağda gərginliyə səbəb olan hücumu Ermənistan tərəfi etdi. Biz mənzərəni tam aydınlaşdıra bilməsək də, erməni hərbi nümayəndələrinin bəyanatları hücumun onlar tərəfindən edildiyini göstərdi”.

Manevr.az xəbər veriri ki, bu barədə Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, İctimai Palatanın üzvü, politoloq Sergey Markov deyib.

S.Markov Ermənistanın hücuma keçməsinin 4 səbəbini və əsas planını açıqlayıb.

Onun sözlərinə görə, İrəvan “aprel müharibəsi”ndə azad olunmuş əraziləri qaytarmağa çalışır: “Birinci hədəf müdafiə xəttinin birliyini gücləndirmək, ikinci hədəf isə Ermənistan prezidentinin son zamanlar düşən nüfuzunu artırmaqdır. Sarkisyan “kiçik qalibiyyətlə” buna nail olmaq istəyir. Bundan başqa, müharibə İrəvana münaqişə tərəflərinə təklif edilmiş həll düsturundan yayınmağa imkan verir”.

S.Markov əlavə edib ki, təklif edilən həll düsturunda Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması nəzərdə tutulur: “Aydındır ki, müharibə İrəvana “müharibə gedirsə, biz necə mübadilə aparaq?!” deməyə imkan yaradır”.

Kremlə yaxın politoloq 25 fevral hücumunun daha bir səbəbinin olduğunu vurğulayıb.

“Uzun müddət Ermənistan ordusunun Azərbaycan Ordusundan güclü olduğu haqda danışılırdı. Lakin “aprel müharibəsi” bunun belə olmadığını göstərdi. Hesab edirəm ki, erməni ordusunun döyüş ruhunun qaldırılması, erməni xalqında orduya inamın artırılması bu hücumun əsas səbəblərindən biridir”, – deyə o bildirib. (publika.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar