Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
BÜTÜN XƏBƏRLƏR

Nişanlı idi... - Şəhid İmaməli Hüseynov

Tarix: 24-07-2021 09:02     Baxış: 21 109 A- / A+
Nişanlı idi... - Şəhid İmaməli Hüseynov


Gizir İmaməli Cəlil oğlu Hüseynov 1992-ci il dekabrın 3-də Zəngilan rayonunun Tağlar kəndində anadan olmuşdu. Körpə yaşında ailəsiylə birlikdə doğma kəndindən qaçqın düşmüşdü. Çətinlik içində böyüyən İmaməli atasını çox erkən yaşlarında itirmişdi. Bir tərəfdən ağır keçən qaçqınlıq həyatı, bir tərəfdən də ailə başçısını itirən ana hər cür əziyyətə qatlaşaraq övladını böyütmüşdü.

İmaməli Hüseynov 2012-2014 –cü illərdə həqiqi hərbi xidmətdə olmuşdu.

2019-cu ildən Dövlət Sərhəd Xidmətində gizir olaraq xidmətə başlamış, 2020-ci ilin yaz aylarından etibarən isə Xüsusi Təyinatlı dəstədə xidmətini davam etdirmişdir. 44 günlük savaşda xüsusi qəhrəmanlığı ilə seçilən İmaməli Hüseynov oktyabrın 11-də Füzuli istiqamətində gedən ağır döyüşlərin birində şəhadətinə qovuşub.
Nişanlı idi... - Şəhid İmaməli Hüseynov

Şəhidimiz gizir İmaməli Hüseynov Sumqayıt Şəhidlər xiyabanında dəfn olunmuşdu. Şəhidimiz ölümündən sonra döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə” Vətən uğrunda” medalı, “Döyüşdə fərqlənməyə gorə” medalı, “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

İmaməli nişanlı idi. Allah şəhidimizin məkanını cənnət eləsin. Sevənlərinə səbr versin.

Mənsurə Eldar XƏLƏFBƏYLİ

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar