Sizin Reklam Burada
Xəbər lenti
18-03-2024
17-03-2024
BÜTÜN XƏBƏRLƏR

Vətən deyən oğullar - Oqtay Bədəlov

Tarix: 18-07-2021 14:57     Baxış: 2667 A- / A+
Vətən deyən oğullar - Oqtay Bədəlov


Oqtay Ələddin oğlu Bədəlov 27 oktyabr 1984-cü ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşdu.Azərbaycan ordusu sıralarında xidmət edən qəhrəmanımız baş gizir rütbəsinə qədər yüksəlmişdi.2014-cü ildə Goranboy, 2016-cı ildə Aprel döyüşləri, 2020-ci il iyul ayında Tovuz döyüşlərinin iştirakçısı olmuşdu.

Oqtay Bədəlov 2020-ci il sentyabr ayının 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən müharibədə öhdəsinə düşən bütün döyüş tapşırıqlarını həyata keçirərək bir sıra əməliyyatlara şəxsən başçılıq etmişdir.
Vətən deyən oğullar - Oqtay Bədəlov

Azərbaycan ordusunun baş giziri Oqtay Bədəlov öz ad günündə 27 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən qanlı döyüşlərin birində qəhrəmanlıqla həlak olmuşdu.Şəhidimiz anadan olduğu Tovuz rayonunun Çeşməli kəndində dəfn edilmişdi.

Kəşfiyyatçı, baş gizir Oqtay Bədəlov Azərbaycanın bütövlüyü,azadlığı uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərə görə ölümündən sonra bir sıra orden və medallarla –“Vətən uğrunda” medalı,”Azərbaycan Bayrağı” ordeni, ”Kəlbəcərin, Cəbrayılın, Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilmişdir. Allah şəhidimin məqamını uca eləsin. Sevənlərinə səbr versin.

Oqtay Bədəlovun ailəsi Sumqayıtda yaşayır.”Cığır” MDİD ictimai birliyinin nümayəndəsi Xələfova Məhluqə ilə birlikdə ailəni ziyarət etdik.İçəri girəndə şəhidimizin oğlu Pərvin balamız sevincək qapıya çıxdı və bir anlıq duruxdu. Pərvinin ad günü idi və o, atasınında mütləq gələcəyinə inanırdı. Oqtay Bədəlovun həyat yoldaşı Yeganə xanım çox mehriban və səmimi xanımdır. O şəhidimizdən danışanda göz yaşlarını saxlaya bilmirdi. Şəhid Oqtay Bədəlov igid, qorxmaz hərbiçi olduğu kimi, ailəsində də qayğıkeş,mehriban idi. Onu nəinki qohumları, tanıyan hər kəs sevirdi.Şəhidimizin iki övladı – Pərvin və Nərmin yadigarımız, əmanətimizdir.

Hər canlı bir gün ölümü dadacaq.Lakin, ”Allah yolunda ölənlərə(şəhid olanlara) “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu duymursunuz.” (Bəqərə surəsi,154) Vətən üçün yola çıxanların,Vətən deyə canlarını fəda edənlərin mükafatı Allah dərgahındadır. Başın sağ olsun, Vətən!

Mənsurə Eldar XƏLƏFBƏYLİ

Manevr.az

Vətən deyən oğullar - Oqtay Bədəlov

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar