Xəbər lenti
Alman diplomat Qarabağa qanunsuz səfər edib

Almaniyanın Ermənistandakı keçmiş (2012-2015-ci illərdə) səfiri Reiner Morell Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.
Publika.az erməni mediasına istinadən xəbər verir ki, alman diplomat bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı erməni rejimi tərəfindən təşkil edilən qondarma “referenduma” da “xarici müşahidəçi” qismində qatılıb.
Reiner Morell Xankəndində erməni jurnalistin sualını da cavablandırıb:
“Qarabağla yaxından tanış olmaq üçün buraya gəldim və referendumu müşahidə edəcəm, öz təəssüratlarımı bölüşəcəm”.
Qeyd edək ki, Ermənistanın müstəqil mediası Ermənistan hakimiyyətinin Dağlıq Qarabağda qondarma “referendum” təşkil etməsini ucuz şou adlandıraraq, onların bu planının da iflasa uğradığını qeyd edib. Məlumatlarda deyilir ki, işğal altında olan Dağlıq Qarabağ bölgəsində təşkil olunan qondarma “referendumu” çox az sayda xarici müşahidəçilər və jurnalistlər müşahidə edir.


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar