Xəbər lenti
"Ermənilərə Qarabağ lazım deyil" - Sergey Culakyan
"Ermənistan və Azərbaycan arasında sülh Platforması"nı imzalamış erməni fəalı Serqey Culakyan Azərbaycan telekanalı CBC-yə geniş müsahibə verib".
Virtualaz.org bildirir ki, o, müsahibəsində Ermənistanda və Azərbaycanın işğal edilmiş torpaqlarındakı ağır vəziyyət haqda danışıb.
Culakyan bildirib ki, 2008-ci ildən başlayaraq, hakimiyyətin özbaşınalığına qarşı çıxıb və İrəvanda müxalifətin mitinqlərində iştirak edib: "Sonra Ermənistanda vəziyyət sadəcə dözülməz oldu və nəticədə mən ölkəni tərk etmək məcburiyyətində qaldım. Mən Almaniyada idim, indi Türkiyədəyəm. Bura mənim üçün daha təhlükəsiz və daha rahatdır".
1915-ci il hadisələrindən, son illər və hazırda baş verən olaylardan danışan fəal bildirib ki, azərbaycanlılara və türklərə düşmən münasibətin formalaşması Ermənistandakı mövcud rejimə hakimiyyətin saxlanması üçün bir vasitə kimi sərfəlidir.
Fəal bildirib ki, onun atası və babası Azərbaycanın Şəmkir rayonundan, anası isə Dağlıq Qarabağdandır: "Müharibəyə qədər Qarabağ çiçəklənirdi, amma indi orada hətta əhali yoxdur, 50-60 min nəfər ancaq qalıb, hər tərəf xarabalıqdır, camaat yoxsulluq içərisində yaşayır. Müharibə, "müstəqillik" - bütün bunlar heç kəsə lazım deyil. İnsanlar sadəcə normal yaşamaq istəyirlər - əvvəllər olduğu kimi. Amma öz təhlükəsizlikləri üçün qorxduqlarından bunu açıq demirlər. Bu yalnız Qarabağa yox, həm də Ermənistana aiddir”.
Sergey Culakyan Ermənistanın silahlı qüvvələrində, Azərbaycanın işğal edilmiş Kəlbəcər rayonunda xidmət edib: "Biz güllə atmırdıq, bu bizə lazım deyildi, hamı evə getmək istəyirdi".
O qeyd edib ki, ön cəbhədə yalnız az təminatlı ailələrdən olan uşaqlar xidmət edirdilər: "Əgər 3-dən 5 min dollara qədər ödəsən, onda şəhərin yaxınlığındakı təhlükəsiz hissəyə düşə bilərsən. 8-12 min dollara qədər verənlər isə orduda xidmətdən tamamilə yayındırılırlar”.
S.Culakyan Ermənistan silahlı qüvvələri sistemində xidmət haqqında hekayətini davam edərək bildirib ki, əsgərlər heç anlamırdılar ki, orada nə edirlər: "Çoxunun heç "Qarabağ kökləri" də yox idi, ümumiyyətlə onlara bu Qarabağ lazım deyil".
Fəal müharibə zamanı erməni generallarının davranışı haqda da danışıb: "Manvel Qriqoryan və Seyran Ohanyan üçün fərqi yox idi ki, erməni və ya Azərbaycan kəndidir. İstisnasız hamısını qarət edirdilər, ona görə də indi böyük kapital sahibi olublar…".
2016-cı ilin aprel hadisələrinə toxunan Culakyan qeyd edib ki, demək olar, həlak olmuş erməni əsgərlərinin hamısı kasıb ailələrdən çıxan uşaqlar olub. Və həlak olanların sayı 100 nəfərdən bir az çox yox, ondan ən azı 2-3 dəfə artıq idi.
...Ermənistanda danışırdılar ki, aprel döyüşlərinin üç günündən sonra azərbaycanlılar 100 metr irəlilədilər. Bu cəfəngiyatdır. Sonra 800 hektar haqqında danışmağa başladılar. Amma söhbət 2000 hektar haqda gedir. Sarkisyandan soruşmaq istəyirəm: Niyə insanlar məhv olurlar? Mən inandırıram ki, Qarabağda və Ermənistanda heç kəs müharibə istəmir.
S.Culakyan işğal edilmiş ərazilərdəki Azərbaycan qəbiristanlıqlarının və məscidlərinin vəziyyət haqda da danışıb: "Onlar sadəcə yoxdur, harasa yox oldular. Mən anlaya bilmirəm ki, qəbiristanlıqlar və məscidlər kimə mane olurdu?”.
...Bakı Sülh Platformasına gəlincə, Culakyanın sözlərinə görə, o buna onuncun qoşulub ki, bu təşəbbüs haqqında mümkün qədər çox insanlar bilsinlər. Və buna görə fəal Bakıya, Azərbaycana gəlmək istəyir: “Bütün ermənilər anlamalı və görməlidirlər ki, Azərbaycan düşməncəsinə köklənməyib, istənilən erməni, hansı ki, sülh istəyir, Azərbaycana gələ bilər və onun üçün heç bir problem olmayacaq. Ermənistanda isə Azərbaycandan düşmən düzəldirlər və bu, Sarkisyan rejiminin "xidmətdir""...
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar