Xəbər lenti
Ermənistan əsgərinin çəkmələri bazara çıxarılır - Mübariz Əhmədoğlu
Fevralın 16-da Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu növbəti jurnalistlər üçün “Qarabağ saatı”nı keçirib. Mətbuat konfransında hazırda Ermənistanda və qondarma “Dağlıq Qarabağ Respublikası”nda baş verən proseslərdən danışan politoloq bildirib ki, bu proseslərin təhlili göstərir ki, Ermənistanın Qarabağ siyasəti iflasa uğrayıb. Son hadisələr isə vəziyyətdən müvəqqəti çıxış yolları və işğalın ömrünü bir az da üzatmağa xidmət edir.
Qondarma “DQR”də keçiriləcək “referendum”dan bəhs edən M. Əhmədoğlu vurğulayıb ki, bu, Qarabağın erməni əhalisi üçün yox, xarici müşahidəçilər üçün nəzərdə tutulub: “Çünki referenduma hazırlıq kampaniyasını müşahidə etmədik. Sanki birdən-birə hər şey hazır vəziyyətdə ortaya çıxdı. Əhali də buna hazır deyil. Bu təxribat yalnız xarici müşahidəçiləri cəlb etmək üçün nəzərdə tutulur.” Politoloq qeyd edib ki, Ermənistan prezidenti başa düşür ki, Qarabağda etiraz dalğası aktivləşir. Buna görə də qondarma rejimin “prezidenti” Bako Saakyanı hələ ən azı iki dəfə də vəzifədə saxlamaöı planlaşdırır.
Qarabağın adının dəyişdirilməsi məsələsinə gəlincə, mərkəz rəhbəri bildirib ki, ermənilər seperatçı rejimi Qarabağ adı ilə dünyaya tanıda bilmədilər. Ona görə də "Artsax" adlandırmaq istəyirlər: “Lakin unudurlar ki, elə “artsax” sözü də erməni yox, türk mənşəlidir. Qarabağ ərazisindəki bütün toponimləri göstərir ki, bu ərazilər ən qədim Azərbaycan torpaqlarıdır".
Mübariz Əhmədoğlu Ermənistan ordusunun düşdüyü ağır durumdan danışarkən qeyd edib ki, silahlı qüvvələr demək olar ki, ölkənin ağır yükünə çevrilib: “Bir yandan iqtisadi gərginlik, bir yandan da ordunun saxlanması üçün yaranan çıxılmaz vəziyyət Ermənistan rəhbərliyini vadar edir ki, onu hərbi subyektdən, iqtisadi subyektə çevirsin. Məsələn, müdafiə naziri Vigen Sarkisyan bəyan edir ki, Ermənistan ordusunun çəkmələri ən yaxşı çəkmələrdi və hər bundan almalıdır. Yəni hərbi istehsaldan pul qazanmağı planlaşdırırlar. Çünki ordunu saxlamaq artıq imkansız hala gəlib.”
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar