Xəbər lenti
Vətən müharibəsi qazisi işlə təmin edildi - ŞƏKİL
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli sosial siyasətdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial müdafiəsinin təmin edilməsi, onların rifah halının yaxşılaşdırılması və problemlərinin həlli prioritet istiqamətlərdəndir.
Buna uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və onun struktur bölmələri tərəfindən də lazımi işlər görülür. Nazir Anar Kərimovun tapşırığı ilə mədəniyyət işçiləri tərəfindən şəhid ailələri və qazilər ziyarət olunur, onlarla görüşlər keçirilir, maddi və mənəvi dəstək göstərilir, təhsili və ixtisası uyğun gələnlər işlə təmin edilir.
Bu qəbildən növbəti bir addım kimi, Vətən müharibəsi qazisi Yasin Afiq oğlu Səməndərov Ağstafa Regional Mədəniyyət İdarəsinin tabeliyindəki Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyində işlə təmin olunmuşdur. Tovuz rayon Hacıhəsənli kənd sakini olan Yasin Səməndərov Azərbaycan Turizm və Menecment Universitetində muzeyşünaslıq, arxiv işi, abidələrin qorunması ixtisası üzrə ali təhsil almış, Qarabağın azad olunduğu 44 günlük Vətən müharibəsindəki şücaətlərinə görə “Vətən müharibəsi zamanı döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı fəal iştirakına görə” Fəxri Fərmanı, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar