Xəbər lenti
Kremlin Aprel savaşında İrəvana məxfi tapşırığı - SENSASİYA
Rusiya Ermənistanda keçiriləcək parlament seçkisinə aktiv müdaxilə edir.
Manevr.az xəbər veriri ki, bunu “Krım.Realiyi” portalına müsahibəsində erməni politoloq Tiqran Xzmalyan söyləyib. O, Rusiyanın Ermənistanı yekun olaraq öz nəzarəti altına almaq istədiyini bildirib:
“Birincisi onu qeyd etmək lazımdır ki, Rusiya Ermənistanı prezident respublikasından parlament respublikasına çevirmək üçün çox iş görüb. Bununla da nəzarət edilə bilməyən lider, yəni “Lukaşenko sindromu”nun qarşısı alınıb. Serj Sərkisyan artıq Kremlə sərf etmir. Rusiya daha çox amorf siyasi situasiya yaratmaq istəyir. Belə olan halda isə mövcud olan institutlardan heç biri onun təsirinə qarşı müqavimət göstərə bilməyəcək. Moskvaya idarəetmə sisteminin dəyişdirilməsinin nəyə görə vacib olması ötən yaz, daha doğrusu, Dördgünlük müharibə zamanı aydınlaşdı. Azərbaycan qoşunları iki istiqamətdə güclü hücuma keçdi. Bunlardan biri İranla sərhəd ərazilər, digəri isə Bakı-Tiflis-Ceyhan neft kəmərinə yaxın olan ərazilər idi. Bu kəmər vasitəsilə həm Azərbaycan, həm də qazax nefti Türkiyəyə, oradan da Avropaya getməlidir. Bu nöqtələrə nəzarət Kreml üçün həddən artıq vacib idi. Bununla belə, Serj Sərkisyan müharibə zamanı Putinin istədiyini etmədi, yəni kömək üçün rus əsgərlərinə müraciət ünvanlanmadı. Bu isə Putinin Sərkisyanı tam olaraq dəyişdirməsi üçün səbəb oldu. Ona görə ki, qeyri-populyar olan bu insan nə qədər paradoksal olsa da, ölkənin müstəmləkəyə çevrilməsi üçün Rusiyanın qarşısında son maneə idi”.
Xzmalyan Moskvanın erməni parlamentini idarə etmək üçün kifayət qədər rıçağının olduğunu bildirib:
“Bundan sonra ölkənin faktiki lideri baş nazir olacaq. Hazırkı Baş nazir Karen Karapetyan “Qazprom”un Direktorlar Şurasının üzvü olub. O, rusiyayönlü olan yeganə namizəd deyil və baş nazirin bütün seçkiqabağı fəaliyyəti Moskvaya doğru yönəlib. Belə bir mühit yaradılır ki, parlament seçkisinin vaxtını Moskva müəyyən edəcək. Kreml hazırda seçkidə gözlənilməzlikdən qorxur. Belə ki, siyasət iqtisadiyyatdan kənar mövcud ola bilməz. Ermənistan iqtisadiyyatının əsas sənaye sahələri hansısa yalan borclar hesabına rus şirkətlərinə verilib. Buraya energetika, dəmiryolları, aviasiya, telekommunikasiya kimi böyük sahələr aiddir. Görünür, Ermənistan artıq müstəmləkədir. Belə ki, bu dövlət şirkətlərinin hamısı Rusiya xüsusi xidmət orqanları tərəfindən idarə olunur və onların ölkədə aktivliyi son günlər daha da artıb. Rusiya xüsusi xidmət orqanları Ermənistanın bütün güc qurumlarında təsirlərini gücləndirirlər. Aprel seçkisi Ermənistanı tam olaraq Rusiyanın quberniyası edəcək”.(axar.az)
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar