Xəbər lenti
Yaqub Zurufçu Mingəçevirdə şəhid ailələri ilə görüşüb, şəhidlərimizin ruhunu yad edib -ŞƏKİL
Görkəmli sənətkar Yaqub Zurufçu Novruz günlərində hər zaman olduğu kimi Bakımızın Şəhidlər xiyabanına gedərək, Vətənin azadlığı yolunda mərdliklə vuruşaraq həlak olmuş qəhrəman oğul və qızlarımızın xatirələrini ehtiramla yad etdikdən sonra Mingəçevirə səfər etmiş, Kür sahilində Qarabağ, Vətən eşqilə böyüyərək, son müharibəmiz başlayanda yağı düşmənə nifrətlə döyüşlərə atılıb, torpaqlarımıza azadlıq bəxş edərkən canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət etmiş, onların ruhlarına dualar oxumuşur.
O, Mingəçevirdə olduğu dörd gün ərzində şəhid anaları və ailələri ilə görüşmüş, onların dərdlərinə şərik olmuşdur. Azadlıq, vətənpərvərlik mahnılarına görə mingəçevirlilərin də böyük rəğbət bəslədiyi, çox sevdiyi sənətkar bir-neçə şəhid ailəsinə də baş çəkmiş, onlara öz maddi-mənəvi dayağını göstərmişdir.
Yaqub Zurufçu 44 günlük Vətən müharibəsinin ilk və sonrakı günlərində də Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə uğurlu döyüşlər aparan Milli Ordumuzun igidlərinə xeyir-dua diləmiş, 30 ilə qədər işğal altında qalmış hər kəndimiz, şəhərimiz düşməndən azad edildikcə sevincindən kövrələrək, göz yaşlarını saxlaya bilməmiş, xalqımızın böyük, müqəddəs Qələbəsinə sonsuz inam bəsləmişdir. Və o, şəhid analarının, əziz-doğmalarının ürəklərinə az da olsa, məlhəm etmək istəyilə neçə vaxt idi ki, üzərində çalışdığı həzin, kövrək bir mahnı bəstələyərək, şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı möhtəşəm bir musiqi əsəri yaradıb. Yaqub bəy şəhid ailələrinin, Vətən uğrunda döyüşlərdə oğul itirmiş anaların, hələ də qardaşlarının, ərlərinin dözülməz həsrətilə onların getdikləri yollardan gözlərini yığa bilməyən qız-gəlinlərin qəlbinə qismən də olsa təsəlli olacaq bu qəhrəmanlıq elegiyasını kövrək duyğular üzərində bəstələyərək, onu çox həzin, qəlbləri titrədən bir tərzdə, Vətən uğrunda canlarından keçmiş igid Azərbaycan oğullarına sonsuz məhəbbətlə ifa etmişdir. “Ağlama, anam, mənə...” mahnısı əslində elegiya olsa da, şəhidin dilindən səslənən
Ana, haqqını bağışla,
Alnını açıq saxla,
Məni yerlərdə deyil,
Səmalarda soraqla.
Ağlama gəl, ay ana,
Axı mən ölməmişəm,
Vətənimi, elimi
Özgəyə verməmişəm.
Ana, mən zirvədəki
Şəhidlərdən biriyəm.
Ucadır şəhid adım,
Könüllərdə diriyəm!
sözləri igid oğulların yüksək vətənpərvərliyini, onların əbədi ucalığını göstərməklə mahnının nikbin ruhda tamamlanmasına xidmət edir, belə mərd, cəsur oğulları olan Azərbaycanımızın əbədi yaşayacağını, daim var olacağını təsdiq edir!
Sözləri şairə Solmaz Şirvanlının olan bu mahnı görkəmli sənətkarımız Yaqub Zurufçunun Vətənin azadlıq və ucalığının əbədiliyinin qorunmasında və saxlanmasında misilsiz xidmətləri olmuş şəhidlərimizin ölməz ruhuna sonsuz ehtiramının, onlara olan məhəbbətinin ifadəsidir.
Rəhman ORXAN.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar