Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azərbaycan ordusunun təlimləri yeni müharibəyə də çevrilə bilər!” – Deputatdan AÇIQLAMA

Tarix: 15-03-2021 12:18     Baxış: 3266 A- / A+
“Azərbaycan ordusunun təlimləri yeni müharibəyə də çevrilə bilər!” – Deputatdan AÇIQLAMA


"Azərbaycanda keçirilən genişmiqyaslı təlimin əsas məqsədi ordunun döyüş hazırlığını daha da təkmilləşdirmək, 44 günlük Vətən müharibəsindəki uğurlu təcrübənin davam etdirilməsi, daha yaxşı variantlar axtarıb tapmaq və ordunu daim döyüşə hazırlıqlı vəziyyətdə saxlamaqdır”.


Manevr.az
xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında qoşunların bu gün başlayan genişmiqyaslı hərbi təlimlərindən danışarkən Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Elman Məmmədov deyib.

Onun sözlərinə görə, 44 günlük qalibiyyətdən sonra belə təlimlərə başlamaq düşmənə, həm də onun havadarlarına bir daha nümayiş etdirir ki, bizim hərbi gücümüz yerindədir:

"Biz hər zaman döyüşə hazır vəziyyətdəyik, "Dəmir Yumruq” qüvvədə qalır. Təlimin hər saniyəsi, hər dəqiqəsi puldur. Bu, Azərbaycanın həm də iqtisadi gücünü, dövlətimizin hərbi sahəyə nə qədər diqqət etdiyini, özünün müdafiəsi və təhlükəsizliyi üçün daim tədbirlər görməsini nümayiş etdirir. Siyasi, hərbi, iqtisadi - bütün sahələrdə acınacaqlı vəziyyətdə, bu eyni zamanda mənəvi-psixoloji sarsıntılar içində olan Ermənistana çox ciddi xəbərdarlıq mesajıdır ki, bəzi siyasət dəllallarının, siyasi alverçilərin , dələduzların küyünə, fitvasına getməsinlər. Özünüzü elə bir bəlaya salarsınız ki, yer üzündə Ermənistan adında bir dövlətin qalıb qalmaması müzakirə edilə bilər”.

Ermənistanın martın 16-dan 20-dək keçirəcəyi hərbi təlimlərdən söz açan deputat vurğulayıb ki, 44 günlük müharibədə düşmən ordusu darmadağın edilib:

"Bununla bağlı statistika da var. Onların 400-ə yaxın tankı, çoxsaylı digər texnikaları məhv edilib. Maraqlıdır ki, hərbi təlimi nə ilə keçirirlər? Düzdür, müharibə dövründə də, müharibədən sonrakı müddət ərzində də müəyyən qüvvələr, mərkəzlər bir ucdan Ermənistana silah daşıyır. Ancaq faydası yoxdur. Qonşudan gələn payla qarın doymaz. Özününkü olmalıdır, bu isə yoxdur. Deyirlər, təlim keçirəcəyik və.s Bu, yenə sərsəm addımdır, mənasız bir şeydir. Olmayan ordunun nəyi ilə təlim keçirəcəksən və təlimin nə məqsəd güdür? Ancaq belə bir məsələ də gündəmdədir. Ermənilər hələ ağıllanmayıblar, arzu olunan haldır ki, onlar əgər müəyyən fikrə düşsələr, bu təlimlər elə birbaşa döyüş meydanında müharibəyə də çevrilə bilər. Bu ehtimal da mümkündür”.

Xatırladaq ki, Azərbaycanda martın 18-dək davam edəcək təlimlərdə qoşunlar terrorçu dəstələr (qruplar), həmçinin qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatları üzrə tapşırıqları icra edəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar