Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yaqub Zurufçu: "Müqəddəs Qarabağımız da, Vətən oğulları da Azərbaycandır!"

Tarix: 18-01-2021 19:54     Baxış: 3274 A- / A+
Şəhidlərimizin və şəhid analarının şərəfinə Yaqub Zurufçunun ucaltdığı “musiqi abidəsi”

Yaqub Zurufçu: "Müqəddəs Qarabağımız da, Vətən oğulları da Azərbaycandır!"


Güneyli-quzeyli Azərbaycanımızın görkəmli, vətənpərvər oğlu Yaqub Zurufçu xalqımızın hələ 1988-ci ildən başladığı azadlıq çarpışmalarının, Qarabağ uğrunda haqq döyüşlərinin ön sıralarında olmuş, “Ayrılıq” və digər vətənpərvər mahnıları ilə öz mübariz səsini xalqın səsinə qatmış, Vətənimizin xoş günlərinin çarçısı olmuşdur.
Böyük el məhəbbəti qazanmış ustad müğənni ötən illərdə olduğu kimi, 44 günlük Vətən müharibəsinin ilk günlərindən də Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə uğurlu döyüşlər aparan Milli Ordumuzun igidlərinə xeyir-dua diləmiş, 30 ilə qədər işğal altında qalmış hər kəndimiz, şəhərimiz düşməndən azad edildikcə sevincindən göz yaşlarını saxlaya bilməmiş, xalqımızın böyük, müqəddəs Qələbəsinə sonsuz inam bəsləmişdir.
Yaqub Zurufçu: "Müqəddəs Qarabağımız da, Vətən oğulları da Azərbaycandır!"

Lakin möhtəşəm zəfərimizə aparan yollarda “can Vətən!” deyib, qorxu bilmədən, mərdliklə, qəhrəmancasına vuruşaraq şəhid olmuş hər bir döyüşçümüzün, onların doğmalarının kədəri Yaqub bəyin də qəlbində ağır bir daşa çevrilmişdi. Və o, öz qəlbinin və şəhid analarının ürəklərinə az da olsa, məlhəm qoymaq istəyilə neçə vaxt idi ki, üzərində çalışdığı həzin, kövrək bir mahnı bəstələyərək, şəhidlərimizin və şəhid analarının şərəfinə “Ağlama, anam, mənə...” adlı möhtəşəm bir “musiqi abidəsi” ucaldıb. Mahnıda ülvi duyğular üzərində köklənərək, rəmzi şəkildə səslənən musiqili ana-oğul dialoqu sanki əbədiyyət, ilahi bir bəşər sevgisinin nümunəsidir. Mahnının sədaları və Yaqub bəyin qəlbləri ehtizaza gətirən həzin, kövrək ifası həm bir də heç vaxt üzünü görə bilməyəcəyi, boynuna qol salıb, üz-gözündən öpə bilməyəcəyi övlad üçün laylay kimi səslənən müqəddəs ana kədərini, həm də ruhu göylərdə, uğrunda canından keçdiyi Vətən səmasında indi rahat dolaşan şəhidin qürur və sevincini bütün dolğunluğu ilə çatdırır dinləyiciyə.

Şəhid analarının qəlbinə az da olsa təsəlli olacaq bu qəhrəmanlıq elegiyası mahnını kövrək duyğular üzərində bəstələyərək, həm də həzin bir tərzdə, Vətən uğrunda canlarından keçmiş igid Azərbaycan oğullarına sonsuz məhəbbətlə ifa edən sevimli sənətkarımız Yaqub Zurufçunun və mahnının ürək titrədən sözlərinin müəllifi Solmaz xanım Şirvanlılnın şəhidlərimizin ölməz ruhuna böyük, əbədi ehtiramlarının ifadəsidir.

Rəhman ORXAN.

Aşağıda mahnını və onun sözlərini təqdim edirik.




Ağlama, anam, mənə...

Mən səni əlllərimlə
Haqq yoluna saldım,
Sənin xəyallarınla,
Baş-basa qaldım.

Necə də xoşbaxt idim
Nəfəsini duyunca.
Qulağım səsdədir
Qarabağ boyunca.

Bir gün acı xəbəri
Gətirdilər mənə,
Sənin qanlı nəşini
Yetirdilər mənə...

İndi yuxularıma
Qonaq gəlirsən,
Əynində qanlı köynək
Bağrımı dəlirsən.

Ana, haqqını bağışla,
Alnını açıq saxla,
Məni yerlərdə deyil,
Səmalarda soraqla.

Ağlama gəl, ay ana,
Axı mən ölməmişəm,
Vətənimi, elimi
Özgəyə bölməmişəm.

Ana, mən zirvələrin
Zirvəsindəyəm.
Ucadır şəhid adım,
Könüllərdə diriyəm.

Ağlama, anam, mənə,
Röyalarda gələcəm,
Boynuna gül dolayıb,
Göz yaşını siləcəm!..

Solmaz Şirvanlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar