Xəbər lenti
Çavuş Səxavət Mail oğlu Salikovun döyüş xatirələrindən
Bizim bölmələri 2 hissəyə ayırmışdılar. Əsas və ehtiyyat hissə. Əsas hissə,Cəbrayıl döyüşündə, Cəbayıla girərkən düşmən tərəfindən mühasirəyə alındı. Həmin günün səhəri, tezdən onlara kömək üçün həmin istiqamət üzrə yola çıxdıq.
Düşmən, dayanmadan bizim maşınları atəşə tuturdu. Könüllü döyüşçülərimizi gətirən bir neçə maşın vuruldu. Şəhidlərimiz var idi. Zirehli texnikalarımız çox olsa belə, düşmənin hədəflərindən qorunmaq asan deyildi. Atəşə tutulan maşınlarımız yolu kəsirdi. Biz, o yolu üç dəfə cəhd etdikdən sonra çox çətinliklə, alovun içindən keçdik. Əsas hissəmizə kömək edərək, mühasirədən çıxardıq. 5 gün döyüş getdi həmin ərazidə. Sonra bizə komanda göndərilib, əmr verildi ki, hündür bir dağı almalıyıq. Biz həmin dağı ələ keçirdik. İki yaralımız vardı.Həmin gecə,dağda gecələməli olduq.Səhər, Cəbrayılın Xalisli kəndinə hücuma keçməli idik. Əməliyyata başladıq.
Öndə gedən üç zirehli maşından birini, mən idarə edirdim. Düşmən tərəf, iriçaplı top və minamyotlardan istifadə edirdilər. Onlardan biri mənim maşınımın iki metrliyinə düşdü və maşınımı yararsız hala saldı . Qismətdən, mənə və maşındakı heyətə ciddi bir zərər toxunmadı. Xalisli kəndini ələ keçirdik. Düşmən bizi görüb, qaçırdı. Gecəni o kənddə qaldıq. Səhər yenə hücuma keçdik.Düşmənin postuna zirehli maşınlarla girdiyimizdən,düşmən yolun kənarından əl qumbaraları ilə maşınlarımızın təkərlərini partlatmağa nail oldu. Maşınlardan düşüb, özümüzə mövqe seçdik. Düşməni canlı qüvvə ilə məhv etməli idik. Allaha şükr, itkisiz, onlarla sonadək döyüşdük və onları məhv etməyə nail olduq.Yorulsaq da,sevinə-sevinə irəliyə gedirdik . Bizim hissəyə bir günlük istirahət verildi.
İkinci hissə döyüşə girdi. İstiqamətimiz Laçın dəhlizi idi. Düşmən bizimlə bacara biımədiyindən, qırıcı qaldırdı. Odlu-alovlu gedən döyüşlərdə, bir neçə yaralımız oldu. Buna baxmayaraq, yenidən hücuma keçdik. Düşmən tərəf istənilən silahdan atəş açsalar da, içimizdəki inam, əzm bizi qorxutmurdu. Əksinə həvəslə döyüşürdük. Artıq Qubadlıya daxil olmuşduq. Hissəmizin biri,Qubadlı-Zəngilan,digər hissəmiz isə Laçın tərəfə ayrıldıq. Düşmən, hiyləsindən geri qalmırdı.
Körpünü partladıb, yanına minalar düzmüşdülər. Körpünün yanından keçmək istəyərkən, minaya düşdük. Heç birimiz ciddi zədə almamışdıq. Oranı minalardan təmizləyib, səhəri günü, hücuma keçməli idik.Orada bizimlə bərabər, bələdçilər də vardı. Hansı ki, onlar 1992-93 cü illərdə, birinci Qarabağ döyüşlərinin iştirakçıları idilər. Bizi, sıradan yollarla deyil, dağların arası ilə aparırdılar. Qarşıdakı-Laçının, Safiyan kəndini kəşfiyyata gedirdik. Əməliyyatımız uğurlu oldu. Kənddə nə erməni əsgəri, nə mülki vətəndaş var idi. O kəndi,10 saat müşahidə etdik, hər yeri diqqətlə gözdən keçirdikdən sonra səhər yenidən hücuma keçdik. Bir xeyli yol getmişdik. Kəndin yaxınlığındakı zəmiliyi keçmişdik. Düşmən qayaların, dağların arxasında məskunlaşmışdı.Oranı tank və toplarla atəşə tutduq. Dəhşətli döyüş idi. Düşmən tərəf də güclü idi.Şəhidlərimiz,yaralılarımız vardı. 3 gün, qızğın döyüş getdi. Düşmən də güclü olduğu üçün çox irəliləyə bilmirdik. Sonra kommanda gəldi və əmr verildi ki, bizim qrup dağın sağ tərəfindən hücuma keçsin . Mən, döyüş yoldaşlarımla dağın sağ tərəfinə keçdik.Xeyli irəli gedərək, döyüşdük.Təxminən, düşmənin səngərinə 100 metr məsafə qalmışdı. Bizi hər tərəfdən snayper və avtomat atəşinə tutmuşdular. Arxadan gələn zirehli maşınlarımıza atəş açıb, yandırmışdılar. Çox dəhşətli döyüş oldu.Şəhidlərimizi, bir-birimizə kömək edərək, oradan çıxarıb geri göndərirdik.Yeddi gün gedən döyüşdən sonra atəşkəs elan olundu. Elə sabahısı gün,noyabrın 10-u şad xəbəri eşidib, hamımız sevindik. Düşmən bizim gücümüzü görüb, təslim oldu!
Mətni hazırladı:
Fatimə Əlihüseyn
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar