Sizin Reklam Burada
Xəbər lenti
06-05-2024
BÜTÜN XƏBƏRLƏR

“ Vətənin oğlu” - (Elegiya)

Tarix: 12-12-2020 21:49     Baxış: 3546 A- / A+
“ Vətənin oğlu” - (Elegiya)

(Xüsusi təyinatlı qüvvəllərin Yaşma
döyüş qrupunun kəşfiyyatçısı
Şəhriyar Nəsib oğlu Quliyevin
əziz xatirəsinə)


İnsan ömrü talehin qismətində, alın yazısındadır. Hər bir insanın ömür yolu onun tarixə dönən yaşam səhifələrindədir. Ömür tarixi Allah eşqi ilə nurlananda Haqq dərgahına qovuşanlar seçilmiş olurlar. Onların şərəfli ömür tarix də unudulmur və heç zaman yaddan çıxmır. Çünki bu tarix mərdlik , igidlik , dürüstlük , pak və təmiz mənəvi əxlaqdan yoğrularaq yaddaşlara köçür . Xalqımızın müstəqillik tarixi, Vətənin birinci və ikinci savaş tarixi kimi.Tarix də o vaxt şərəfli olur ki, ölərək ölümsüzlük qazanan şəhidlərimizin qanı ilə yazılır.

Yurdsevərliyi, qəhrəmanlığı, sücaəti ilə tarix yazan ər, nər oğullardan biri də xüsüsi təyinatlı qüvvələrin Yaşma döyüş qurupunun kəşfiyatçısı Şəhriyar Nəsib oğlu Quliyevdir. Ağdam şəhərində doğuldu, Sumqayıt şəhərində 15 nömrəli tam orta məktəbdə təhsil aldı, böyüdü, boya –başa çatdı. Hərbici olmaq arzusunu reallığa çevirdi.... Vətən sevgisiylə cilalandı. Yurdunu hər şeydən və hər kəsdən çox sevdi. Məğrurluğu, cəsarəti və cəldliyi onu idmanla məşğul olmağa yönləndirdi. Onu tanıyanlar deyirlər ki, Şəhriyarda sevgi və qol gücü, ağıl və zəka vəhdəti vardı. Güc, ağıl və zəka sevgiyə söykənəndə həqiqət aynası yaranır. Şəhriyar Nəsib oğlunun həqiqət aynası – Vətəni sevmək, onun uğrunda mebarizəyə qalxmaq və Şəhid olmaq oldu. Dünənin, bu günün qeyrət səlnaməsinə, qəhrəmanlıq simvoluna, ləyaqət zirvəsinə, sabahımızın qürür mənbəyinə, örnək təmsilçisinə döndü şəhidliyi ilə Şəhriyar Quliyev. Tükənməz cəsarətlə qorxmazlığı, mübarizliyi ilə qəlb dünyamızın müqəddəs and yerində zinətlənərək əbədiyaşar sakinə çevrildi elimin -obamın mərdanə Şəhriyarı. Canından artıq sevdiyi Vətəni uğrunda sücaətlə döyüşdü, qəhrəmanlıq dastanı yazdı.
“ Vətənin oğlu” - (Elegiya)

Vətənin oğlu,Yurdunun vətəndaşı,el –obasının yenilməz qəhrəmanı oldu Şəhriyar Nəsib oğlu . Hər bir şeyə şahid olaraq şəhid oldu. Şəhid qardaşları ilə birgə həsrətimiz, kədərimiz , göz yaşımız, ürək ağrımız oldular, ölümün gözünə dik baxaraq ölümsüzlük qazandı bu comərdlər. Həm də ucalığımız, fəxrimiz, zəfərimiz, qələbəmiz, vüqarımız enməyən, yüksələn bayrağımız oldular. Onlar vuruşub dönməməyi seçdilər,Vətən sevgilərini əməlləriylə göstərdilər. Qarabağımn harayına çatıb bizləri qarabağlı etdilər. Bütöv Vətəni bizlərə ərmağan edərək qürürlu, hünərli, alnı açıq olun dedilər. Anaların sızıltılı boyatılarını saqraq zümzüməyə çevirərək göz yaşlarını sildilər.Vətən həsrətli atalarının arzularını çin etdilər. Əsir olan ocaq daşlarımızın məkanlarını azad edərək Qarabağda üçrəngli əzəmətli bayrağımızı sancdılar. Dedilər: “Qarabağ Azərbaycan dır!” Qəhrəmanlığı ilə ucalan Şəhriyar Quliyevin bizlərə hünərli, dəyanətli, Şəhriyarı üçün yanıb qovrulsada gizlətməyi bacaran çox qürürlu xanımı iki körpə balası və uğrunda şəhid olaraq bizlərə əmanət etdiyi bütov Azərbaycanı qalıb Şəhriyarın. Bu dəyərliləri gözbəbəyi kimi qorumaq hər bir Azərbaycan vətəndaşının boynunun borcudur. Soydaşlarımız, unutmamalıyıq ki, Şəhriyar və onun şəhid qardaşları öz övladlarını atasız qoydular ki, başqa uşaqlar atasız qalmasın, həyat yoldaşlarını yarım qoyaraq haqq dünyalarına qovuşdular ki, digər qadınlar ərsiz qalmasınlar. Torpaq, Yurd uğrunda şəhid oldular ki, vətənimizi kimsə parçalaya bilməsin. Vətənimiz bölünməsin.

Haqqınızı ödəmək mümkün deyil mənim hər biri bənzərsiz olan şəhid balalarım, sərkərdə, igid qardaşlarım.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Yaşasın müstəqil və bütöv Azərbaycan !
Ucalsın, daim ucalsın Üç Rəngli Bayrağımız!
Yaşasın, şöhrətli, rəşadərili Azərbaycan ordusu!
Var olsun, müzəffər Ali Baş Komandan!
Qarabağ Azərbaycandır!


Elmira YAQUBOVA,
Sumqayıt şəhər 15 nömrəli tam
orta məktəbin direktoru

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar