Sizin Reklam Burada
Xəbər lenti
26-08-2025
25-08-2025
BÜTÜN XƏBƏRLƏR

Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?

Tarix: 24-09-2020 12:33     Baxış: 4291 A- / A+
Mehdiyevin kürəkəninin xalası oğlu və həyat yoldaşı vəzifəyə necə TƏYİN EDİLİB?

Ramiz Mehdiyev yaxın qohumlarını diplomatik xidmətdə yüksək vəzifələrə yerləşdirib. Azərbaycanın Cenevrədəki BMT yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Vaqif Sadıqovun təqdimatı ilə Prezident Administrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevin xalası oğlu Seymur Mardaliyev Nümayəndəlikdə müşavir vəzifəsinə təyin olunub.

İnformasiyaya əsasən, Vaqif Sadıqovun digər təqdimatı ilə Seymur Mardaliyevin xanımı Mərziyyə Mardaliyeva həmin Nümayəndəlikdə 1-ci katib vəzifəsinə gətirilib. Haqqında danışılan bu təyinatlar Elmar Məmmədyarovun xarici işlər naziri postundan uzaqlaşdırılmasından əvvəl baş tutub. Vaqif Sadıqovun bu təqdimatları məhz Ramiz Mehdiyevin istəyi əsasında verdiyi bildirilir.

Qeyd edək ki, Ramiz Mehdiyevin kadrı kimi tanınan və buna qədər Azərbaycanın İtaliyadakı səfiri postunu tutan Vaqif Sadıqov o dövrdə səfirliyin büdcəsi ilə bağlı maliyyə qalmaqalına səbəb olmaqla da gündəmə gəlmişdi. Başqa məlumata görə, Vaqif Sadıqovun xanımı yaşadıqları ölkədə fəaliyyət göstərən xarici təşkilatların birində işə düzəlib. Hər halda, bunun "Diplomatik xidmət haqqında” qanuna uyğun olub-olmadığı ciddi araşdırma mövzusudur.

Qeyd edək ki, bir çox qalmaqal və cinayətdə adı hallanan Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın da gözlənilmədən səfir təyinatının Ramiz Mehdiyevin diqtəsi ilə həyata keçirilməsi haqqında məlumatlar yayılıb.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar