Sizin Reklam Burada
Xəbər lenti
26-02-2026
BÜTÜN XƏBƏRLƏR

"Heç kimin Qarabağın taleyini həll etmək hüququ yoxdur"

Tarix: 22-01-2017 17:25     Baxış: 6663 A- / A+
 "Heç kimin Qarabağın taleyini həll etmək hüququ yoxdur"


"Qarabağ münaqişəsinin nizama salınması prosesində Ermənistan Dağlıq Qarabağın son statusunun möhkəmləndirilməsini istəyir".

Virtualaz.org “İnterfaks”a istinadən bildirir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib.

"Bizim hədəfimiz Dağlıq Qarabağ sakinlərinin vasitəsi ilə Dağlıq Qarabağın son statusunun təyinidir. Heç kim qarabağlılara öz həyat şərtlərini diqtə etmək hüququna malik deyil", - deyə S.Sarkisyan son aylarda təxris olunmuş hərbi qulluqçularla görüşündə bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağın taleyini heç kim həll etmək hüququna malik deyil - nə Ermənistan, nə də Azərbaycan.

"Mən demirəm ki, erməni xalqının iradəsinə əhəmiyyət verilməməlidir. Qətiyyən, çünki Ermənistansız, erməni xalqı olmadan Dağlıq Qarabağda yaşayanlar heç bir zaman bu problemi həll edə bilməyəcəklər. Amma bu o demək deyil ki, bunu onların əvəzinə biz etməliyik. Biz iradələrini reallaşdırmaqda onları dəstəkləməliyik. Əminəm, elə bir vaxt gələcək ki, Dağlıq Qarabağ problemi bu yolla həll ediləcək. Bizim üçün əhəmiyyətli olan Qarabağın statusunun təyinidir, elə bir status ki, Dağlıq Qarabağ xalqına öz torpaqlarında əbədi yaşamaq imkanı verəcək”, - deyə S.Sarkisyan vurğulayıb.

O bildirib ki, münaqişənin nizama salınmasının Madrid prinsiplərinin birinci bəndində göstərilib ki, Qarabağın statusu Dağlıq Qarabağ xalqı tərəfindən müəyyən edilməlidir.

O həmçinin qeyd edib ki, münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi haqda heç vaxt danışıqlar aparılmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar