Xəbər lenti
“Ermənilər Qarabağdan qaçır” - Sergey Culakyan Bakıya gəlir
Ermənistanda menecer kimi çalışan Sergey Culakyan bu günlərdə Yerevandan getmək qərarına gəlib, belə ki, onun fikrincə, ölkədə kritik siyasi və iqtisadi vəziyyət yaranıb – hər tərəfdə dağıntı, aclıq, yoxsulluq və hakimiyyətin azğınlığı hiss olunur.
Haqqin.az və virtualaz.org redaksiyalarına müraciət etmiş S.Culakyan siyasi bəyanatla çıxış etmək və Azərbaycana gəlmək istəyini bildirib. Minlərlə erməni kimi, o da Azərbaycan hakimiyyətinin ədalətinə sığınmaq istəyir.
Qeyd edək ki, Sergey Culakyan Yerevanda ötənilki hökumət əleyhinə etiraz aksiyalarının fəal iştirakçılsı olub.
Sergey Culakyan Xankəndidə (Stepanakertdə)
- Düşünürəm, bilirsiniz ki, bu yaxınlarda Bakıda erməni və azərbaycanlı ictimai xadimlər və hüquq müdafiəçiləri “Ermənistan və Azərbaycan arasında sülh naminə platforma” yaradıblar. Həmin platformanın məqsədi Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsidir. Bu təşəbbüsü necə qarşıladınız?
- Belə təşəbbüsü nəinki dəstəkləyirəm, həm də onun fəal iştirakçısı olmaq istəyirəm. Bizim bu münaqişəni rəsmi siyasi səviyyədə vasitəçi ölkələrin köməyi ilə həllinin iflası kimi acı təcrübəmiz var. Bu “vasitəçi”lərdən bəzilərini, zənnimcə, bu mürəkkəb və ağrılı problemə heç yaxın da buraxmaq olmaz, çünki elə onlar özləri vaxtilə bu müharibəni qızışdırıblar.
Məsələni vətəndaş sektorunun cəlb edilməsi ilə həll etməyə çalışmaq və danışıqlar masası arxasına siyasətçilərlə diplomatları deyil, bu münaqişədən əsas əziyyət çəkən sadə xalqın nümayəndələrini əyləşdirmək çox effektiv və faydalı olacaq. Fikrimcə, bu yolla problemi bir neçə aya həll etmək mümkündür.
Bildiyimə görə, iki ay ərzində Bakı platformasına Ermənistanda böyük nüfuza malik olan və şəxsən mənim hörmət etdiyim insanlar, misal üçün Arakel Arakelyan və Vahn Karapetyan qoşulublar. Bundan başqa, bilirəm ki, Ermənistanda və Qarabağda bir çoxları məsələnin bu yolla həllinin tərəfdarıdır və fəxr edirəm ki, bu işə qoşula bilərəm. Bu, ilk növbədə mənim xalqım və ölkəm üçün çoxdan intizarında olduğu sülh və firavanlığı gətirə bilər.
- Ermənistanda və fəaliyyətinizlə əlaqədar olduğunuz Dağlıq Qarabağda hazırkı vəziyyət barədə nə deyə bilərsiniz? Sadə xalqın əhval-ruhiyyəsi necədir?
- Ermənistanda vəziyyət heç zaman olmadığı kimi çox ağırdır. Xalq total qorxu və daxili siyasi proseslərə inamsızlıq şəraitində yaşayır. Desəm ki, yaşayış şəraiti aşağı, yaxud ağırdır, hesab edin ki, heç nə deməmişəm. Çünki vəziyyət sadəcə ağır deyil, insanlar acından ölür, donurlar, həm mənzillərində, həm də küçələrdə dünyalarını dəyişirlər, çünki kommunal xidmətləri ödəməyə imkanları çatmır. İş yoxdur, nəyinsə yaxşılaşacağına ümid də onun kimi. Son ümid yayda, uşaqlar polis alayının binasını ələ keçirən zaman yaranmışdı.
Əgər o vaxt Serjik zəbt olunmuş binanı əhatəyə almış insanların arasına öz adamlarını sala bilməsəydi, biz bir neçə saatın işində məsələni həll edə bilərdik.
O ki qaldı Qarabağa, orada vəziyyət elə Ermənistanda olduğu kimidir, bircə fərqlə ki, xalq daha böyük qorxu içində yaşayır, Bako Saakyan və onun mafioz dəstəsinə qarşı çıxmağı heç ağlına da gətirə bilmir. Orada yaşayanların qorxudan başqa heç nəyi yoxdur. Bu da onunla nəticələnir ki, insanlar hər şeylərini ataraq, Qarabağdan hara gəldi qaçırlar.
- Sizcə, Ermənistanı və erməni xalqını bu vəziyyətdən necə çıxarmaq olar?
- İlk öncə Qarabağ münaqişəsi həlini tapmalıdır və bu istər-istəməz Sarkisyanın cinayətkar rejiminin süqutuna gətirəcək. Axı onların özləri kimi, bütün idarəçilik mexanizmləri və təzyiq vasitələri də köklərini bu müharibədən götürür.
- Keçmiş prezident Robert Koçaryanın azərbaycanlı və ermənilərin genetik uyuşmazlığı ilə bağlı dediklərində, sizcə, azca da olsa, həqiqət var?
- Bilirsinizmi, mənim babam əslən Azərbaycandandır, anam isə qarabağlıdır. Özüm də uşaqlıqdan bilirəm ki, azərbaycanlılarla bizim aramızda ümumi cəhətlər çoxdur. Mənə elə gəlir ki, bütün dünyada bir çox kriterilərinə görə bir-birinə bu qədər bənzər başqa iki xalq tapmaq çətin olardı. Mətbəx, folklor, mahnılar, ədəbiyyat, insanların temperamenti, şərəf anlayışı, ənənələr və s. – hər şey o qədər bənzərdir ki, hər hansı uyuşmazlıqdan danışmaq sadəcə axmaqlıqdır. Koçaryanın bu sözü isə nə vaxtsa Haaqa tribunalında cavab verərkən onun əleyhinə işləyəcək və irqçiliyinin bir sübutu olacaq.
- Dəvət etsələr, Bakıya gəlib sülh platformasının növbəti forumlarından birində iştirak etməyə hazırsınızmı?
- Əlbəttə, hazıram, həm də ancaq müzakirələrdə və forumlarda iştirak etməyə deyil, istənilən formatda xalqlarımız arasında sülh işinə yardım etməyə hazıram ki, bu lənətlənmiş müharibə bitsin.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar