Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcərlilər Ermənistana qarşı müharibə tələb edir - BƏYANAT

Tarix: 21-05-2020 22:23     Baxış: 3770 A- / A+
Kəlbəcərlilər Ermənistana qarşı müharibə tələb edir - BƏYANAT

"Azərbaycan hakimiyyəti xalqın tələbini, iradəsini nəzərə alaraq işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır".

Manevr.az bildirir ki, bu fikir "Kəlbəcərə Qayıdış" İctimai Birliyinin işğalçı Ermənistanın Azərbaycanın qədim Şuşa şəhərində mayın 21-də keçirdiyi qondarma “andiçmə mərasimi” ilə bağlı qəbul etdiyi bəyanatda qeyd edilib. Saytımızın elektron poçtuna göndərilmiş həmin bəyanatın mətnini təqdim edirik:
“Biz Kəlbəcərə Qayıdış İctimai Birliyi olaraq bildiririk ki, ermənilərin bu oyunlarına birdəfəlik son qoyulmalıdır. Azərbaycan heç bir beynəlxalq təşkilatdan, böyük dövlətlərdən, ermənilərin havadarlarından çəkinməməli, işğalçıların “andiçmə” şousu keçirdikləri məkanı raket atəşləri ilə vurmalı və ardınca torpaqlarımızın azad edilməsi üçün genişmiqyaslı hərbi əməliyyatlara başlamalıdır. Biz son iki gün ərzində sosial şəbəkələrdə həyata keçirdiyimiz aksiya ilə bir daha əmin olduq ki, xalqımızın böyük əksəriyyəti işğalçı Ermənistana qarşı dərhal müharibənin başlanmasını tələb edir. KQİB “Azərbaycan Prezidentindən, Ali Baş Komandandan işğalçı Ermənistana qarşı müharibənin başlanmasını tələb edirik!”, “Azərbaycan Ordusunun dərhal “andiçmə” şousu keçirilən məkanı vurmasını tələb edirik!”, “İşğalçı Ermənistan Qarabağımızdan, Şuşamızdan rədd olub getməlidir!”, “Qarabağsız Azərbaycan olmayacaqdır!”, “Ya Qarabağ, ya ölüm!” şüar və tələbləri ilə keçirdiyi virtual , sosial media aksiyasına minlərlə insan qoşuldu və dəstək verdi. Aksiya Azərbaycanın bütün bölgələrini, həmçinin Avropa, Türkiyə, Rusiya, Gürcüstan və digər ölkələri əhatə etdi.
Bir daha bildiririk ki, Azərbaycan hakimiyyəti xalqın tələbini, iradəsini nəzərə alaraq işğalçı Ermənistana qarşı azadlıq müharibəsinə başlamalıdır. Başqa yolumuz yoxdur. Müharibəni başlayıb, ya qalib gəlməli, ya da məhv olmalıyıq. Ya Qarabağ , ya ölüm!"

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar