Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

DSX-dən erməni KİV-ə cavab: "Həqiqətə uyğun deyil"

Tarix: 31-03-2020 13:09     Baxış: 5323 A- / A+
DSX-dən erməni KİV-ə cavab: "Həqiqətə uyğun deyil"


Dünən Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın Müdafiə Nazirliyinə istinad edilməklə yayılan məlumatda guya Azər­bay­can tərəfinin atəşkəs rejimini pozaraq Ermənistanın Noyemberyan rayo­nu­nun Koti və Voskevan kəndlərini atəşə tutması nəticəsində 14 yaşlı mülki şəxsin yaralanması, eyni zamanda guya Ermənistanın döyüş möv­qelərinə qarşı diversiyanın keçirilməsi nəticəsində bir neçə hərbi qulluqçunun yaralanması qeyd olunub.

Manevr.az
xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi bununla əlaqədar məlumat yayıb. Məlumatda bildirilir ki, Ermənistan Silahlı Qüvvə­lərindən fərqli olaraq sərhəd döyüş məntəqələrimiz tərəfindən müqabil ərazidə yerləşən yaşayış məntəqələri istiqamətində atəş açılmır, düş­mənin atəşkəs rejiminin pozulduğu döyüş mövqeləri adekvat cavab atəşi ilə susdurulur. Həmçinin düşmən döyüş mövqelərinə qarşı sər­həd-döyüş məntəqələrimiz tərəfindən diversiyanın keçirilməsi barədə məlumat da həqiqətə uyğun deyildir. Ermənistan tərəfinin atəşkəs reji­mini pozmaqla törətdiyi təxribatının nəticəsi olaraq qarşılaşdığı döyüş itkilərini bu cür ictimailəşdirməsini Ermənistan cəmiyyətində özünə haqq qazandırmağa yönəlmiş uğursuz cəhd kimi dəyərləndiririk.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar