Xəbər lenti
Prezidentlərin görüşü gözlənilirmi - Açıqlama

ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə növbəti görüşün təşkili ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla əlaqə saxlayır.
AzVision.az xəbər verir ki, bunu “Ria Novosti” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“Vyana və Sankt-Peterburq görüşlərində hər iki ölkənin prezidenti danışıqlar yolu ilə münaqişənin həllinə nail olmaq istiqamətində irəliləyiş üçün yenidən görüşməyə hazır olduqlarını bəyan etdilər. Biz yüksək səviyyədə növbəti görüşün təşkili üçün imkanların axtarılması istiqamətində işimizi davam etdiririk və görüşün təşkili üçün təklifləri müzakirə etmək məqsədilə Azərbaycan və Ermənistan prezidentləri və xarici işlər nazirləri ilə təmasları davam etdiririk. Mövcud təklifləri müzakirə etmək üçün prezidentlər və nazirlərlə mütəmadi əlaqə saxlayırıq”,- deyə diplomat əlavə edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar