Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Paşinyan oğlu ilə Qarabağda restoranda yeyib-içdi, sonra dava saldı

Tarix: 04-02-2020 15:05     Baxış: 5433 A- / A+
Paşinyan oğlu ilə Qarabağda restoranda yeyib-içdi, sonra dava saldı


Ermənistanın Baş naziri Nikol Paşinyan ötən bazar günü Azərbaycanın işğal altındakı ərazilərində hərbi xidmət keçən oğluna baş çəkərkən yol kənarındakı restoranlardan birində yeyib-içib, sonra kassa qəbzi üstündə qalmaqal yaradıb.


Paşinyan bu qalmaqal haqda özünün Feysbuk səhifəsində yazıb. Bildirib ki, ailəsi ilə birlikdə oğlu Aşota baş çəkməyə gedib. Onlar yol kənarındakı restoranda bir neçə saat oturublar və hesabı ödəyəndə işçi kassa qəbzi verməyib. Paşinyan qəbzi almaq üçün bir neçə dəfə cəhd edib, sonra özü piştaxtaya yaxınlaşıb və restoran əməkdaşlarının ona qəbz vermək üçün kassa aparatını qurdaladıqlarını görüb.

“Sonra məni adamlar nəsə müzakirə etmək üçün kənara çəkdi, amma qəbzi yenə gətirmədilər. Ofisiantlar dedilər ki, kassa aparatı təzədir və onların başı çıxmır”, - o bildirib.

Nəticədə Paşinyan qəbz ala bilməyib və elə oradan qondarma “dqr”in “vergi ximətinin rəisinə” zəng vurub. Qəbzlə bağlı ona “donos” verib, üstəlik deyib ki, restoran onlara əsgərlər üçün olan 10 faizlik güzəşt də təqdim edib. Bu isə büdcədən oğurlamaqdır.

Paşinyan əlavə edib ki, oğlu hərbi hissədən qısamüddətli məzuniyyət götürmüşdü və onlar restoranda təxminən 80 dollar xərclədilər.

Restoranın sahibi isə belə məlum olub ki, “kinorejissor və hərbi icmalçı”, vaxtaşırı olaraq Qarabağdakı işğalçı hərbi qüvvələr barədə reportajlar çəkən Arşak Zakaryan imiş. Və çox keçmədən Zakaryan özünün Feysbuk səhifəsində canlı yayımla Paşinyana sərt cavab verib.

O bildirib ki, bazar günü Paşinyan və ailə üzvləri Qarabağda onun restoranında nahar ediblər. Sonda Paşinyan əməkdaşlardan kassa qəbzi tələb edib. Əməkdaşlar aparatın xarab olduğunu görəndə bu haqda Paşinyana deyiblər. Paşinyan isə bunu eşidəndə birbaşa restoranda qalmaqal qaldırıb, əməkdaşları “əsgərin çörəyini oğurlamaqda” günahlandırıb.

“Bundan sonra o, Dağlıq Qarabağın “baş nazirinə” zəng vurub və tələb edib ki, obyektin sahibi cərimələnsin. Sonradan vergi işçiləri restorana gediblər və cərimə kəsiblər. Lakin restoran vergini fiksə olunmuş ödənişlər əsasında verir, kassa qəbzinin verilməməsi vergini gizlətmək hesab edilə blməz”, - Arşak Zakaryan bildirib.

O əlavə edib ki, daha çox cərimə ödəməyə hazırdır, amma Ermənistanın baş naziri onu “əsgərin çörəyini oğurlamaqda” ittiham etməklə təhqir edib.

“Mənim ordu üçün elədiklərimi sadalamağa ehtiyac yoxdur. Və birdən biz əsgərin çörəyini oğurlayanlar olduq? “Mənim addımım” bloku isə çörək verənlər oldu? Bu cür hay-küy və bizə yapışdırılan yarlıq baş nazirə, ümumiyyətlə, kişiyə yaraşan hərəkət deyil”, - o bildirib.

Zakaryan əlavə edib ki, onlar dağlarda yaşayır, Qarabağda biznes qurmaq elə də asan deyil. Ən yaxın mağaza təhlükəli Kəlbəcər aşırımlarında yerləşir. Nəsə almaq üçün 65 kilometr yol getmək lazıdır. Belə vəziyyətdə isə Paşinyan onu “əsgərin çörəyini oğurlamaqda” günahlandırır...

Bu həmin Zakaryandır ki, bir neçə il əvvəl işğalçı qüvvələrin döyüş mövqelərindən birində çəkiliş apararkən Goranboy istiqamətində Azərbaycan yaşayış məntəqələrini şəxsən atəşə tutmuşdu. Baxmayaraq ki, bu məlun PRESS yazılmış dəbilqə və gödəkçədə idi. (virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar