Xəbər lenti 
					
 
		"Məcburi köçkün təklifdən imtina edib" - Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı

Füzuli rayonundan məcburi köçkün haqqında sosial şəbəkə və KİV-də yayılan məlumatlarla əlaqədar olaraq bildiririk ki, bu barədə informasiya verildikdən dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərliyi və müvafiq şöbələri tərəfindən məsələ dərhal nəzarətə götürülüb.
Aparılmış araşdırma nəticəsində məlum olub ki, haqqında məlumat yayılmış şəxs Füzuli rayonundan məcburi köçkün Həziyeva Gülsarə Abbas qızıdır. G. Həziyeva Sabunçu rayonu, Sabunçu qəsəbəsi Qanboy Vəzirov 2 ünvanında müvəqqəti məskunlaşıb. Həyat yoldaşı yoxdur, 5 uşağı ilə birgə yaşayır.

Hazırda Dövlət Komitəsinin Bakıda xüsusi yaşayış fondunda boş mənzil olmadığı üçün ona Füzuli rayonunda yeni inşa edilmiş qəsəbədə dörd otaqlı mənzil təklif olunub. Bundan başqa, G. Həziyevaya Bakıda yeni qəsəbə istifadə verilənədək – üç ay müddətində kirayədə yaşamaq təklif edilib. Lakin məcburi köçkün Gülsarə Həziyeva hər iki təklifdən imtina edib.
Manevr.az


	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















