Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tapılması üçün 10 min dollar mükafat təyin edilən azərbaycanlı əsirin qardaşı DANIŞDI

Tarix: 02-10-2019 15:28     Baxış: 31 025 A- / A+
Tapılması üçün 10 min dollar mükafat təyin edilən azərbaycanlı əsirin qardaşı DANIŞDI

Əsirin qardaşı Nofəl Qasımov: "Natiqin sağ olması xəbərini artıq 2-ci dəfədir ki, eşidirik. Bu xəbər qaysaq bağlamış yaramızı qopardı"

Natiq Qasımov 1971-ci ildə Gədəbəyin Kiçik Qara Murad kəndində doğulub. Mingəçevirdə yaşayıb Mingəçevir 4 saylı tam orta məktəbin məzunudur. O, 1991-ci ildə "Qarabağ Şahinləri" adlı könüllü dəstənin tərkibində müharibəyə qoşulub. N.Qasımov 12 mart 1992-ci ildə Ağdamın Xramort kəndindəki Alban kilsəsində Ermənistan ordusu tərəfindən əsir alınıb. 7 əsgər yoldaşı ilə birlikdə mövqeləri qoruyan Natiq digərləri öləndən sonra 5 gün ərzində qida və su olmadan həmin yerdə ac-susuz qalıb və təslim olmaqdan imtina edib.
"1992-ci ildə əsir götürüldüyü deyilən əfsanəvi əsgərimiz sağdır" başlıqlı yazılar bir neçə gündür ki, sosial şəbəkələrdə müxtəlif saytlar tərəfindən paylaşılır. Bununla bağlı Mingəçevirdə yaşayan Natiq Qasımovun qardaşı Nofəl Qasımovla görüşüb bu barədə məlumatının olub–olmaması ilə maraqlandıq.
Tapılması üçün 10 min dollar mükafat təyin edilən azərbaycanlı əsirin qardaşı DANIŞDI

Nofəl Qasımov bildirdi ki, bu xəbəri biz də ailəliklə bir neçə gündür ki izləyirik: "Bu xəbərlər bizi çox sarsıdır. Qaysaq bağlamış yaramızı göynədir. Mənim yaşlı anam 27 ildir ki, oğul yolu gözləyir. Biz onun ölümünə inanmırıq. Çünki Natiq o qədər mərd və qoçaq oğlandır ki, o, inanırıq ki, sağdır. İşdən evə gəlirdim marşurutda olarkən mənə müxtəlif yerlərdən zəng gəldi ki, belə bir xəbər yayılıb. Mən də maraqlandım gördüm bu xəbər türk mətbuatında da yayılıb. O vaxtı Allahverdi Bağırov demişdi ki, guya Natiqi yandırıblar. Belə bir xəbər hələ 1993-cü ilin axırlarında Gürcüstandan tanımadığım İsmayıl Axundzadə adlı biri gəlib mənə məlumat verdi ki, guya Natiq sağdır, orada kimya zavodunda Natiqi işlədirlər. Dedi ki, mən ermənilərdən maraqlanmışam deyiblər ki, sağdır. Dedilər ki, 1 milyon pul verin Natiqi gətirək. Biz qohum-tanış, qonşulardan bu 1 milyon məbləği düzəldib getdik qırmızı körpüyə. Həmin adam da dediyi vaxtdan da yarım saat qabaq gəlidi. Biz də 14 nəfər adamla getmişdik. Həmin adam mənə dedi ki, pulu mənə verin gedim əsiri gətirim. Biz ona inanmdıq. O bizə dedi onda burada gözləyin gələcəm. Amma axşama kimi gözlədik gələn olmadı. O qədər sevincək getmişdik ki, hətta Natiqə pal-paltarda aparmışdıq. Sonra məlum oldu ki, bunlar kimlərdisə bizi aldadıb. Onu da deyim ki, 1993-cü ildə Mingəçevirin icra başçısı Rafiq Ərəbov çox kömək etmişdi bizə. O hələ deyirdi ki, əgər Natiq tapılsa onun hər çiyninə 1 milyon pul qoyacam. Ondan sonra biz Natiqdən heç bir xəbər eşitmədik. İndi bu yayılan bu xəbər bizi yenə şoka saldı. Bizi qınamayın, ümidimizi qıra bilmirik. İtki çox ağır dərdir. Bütün şəhidlərin dəfnində iştirak etmişəm. Mingəçevir Şəhidlər xiyabanında itkinlər sırasında Natiqin bir balaca şəkili olan yer var. İnandırım sizi mən ora gedib gül də qoya bilmirəm. Nə deyim, Natiqi tanıyanlar bilir ki, o necə oğul idi. Özü kino mexanik işləyirdi. Bütün kinolardakı qəhrəmanlarla fəxr edirdi. Özünün də həyatı kino kimi oldu. Natiqi tək bizim ailə yox hamı gözləyir. Hələ nəvələrim heç Natiqin üzünü görməyiblər bu xəbərə onlarda çox sevinir. Onu da deyim ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına əsasən, ermənilər Natiq Qasımovun əsir götürülməsini inkar edir. Amma Dövlət Komissiyasının dəfələrlə müraciətinə baxmayaraq, Natiqin taleyi barədə Azərbaycan və Beynəlxalq təşkilatlara məlumat verilmir. Artıq 60 yaşım var bundan sonra 60 il də yaşasam mən Natiq kimi qəhrəman ola bilmərəm".

Qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən "ASASmedya" Ermənistanda əsir saxlanılan Natiq Səlim oğlu Qasımovun tapılması üçün pul mükatafı təyin edib. Belə ki, Natiq Qasımov barədə məlumat verən şəxsə 1000 dollar, onu Rusiya, İran, Gürcüstan və Türkiyədən təhvil verəcək şəxsə isə 10 000 dollar pul mükafatı təqdim ediləcək. Natiq əsir alınanda "Ogonyok" jurnalının müxbirləri Konstantin Smirnov və Enriko Sarzini hadisə yerində olub və onun şəklini çəkiblər. Hadisənin təsvir edildiyi "Strax" adlı məqalə jurnalın 15 mart 1992-ci ildə çap edilən sayında yayımlanıb.yeniavaz.com


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar