Xəbər lenti 
					
 
		AYB üzvündən təklif: Qarabağda görüşlər təşkil olunsun

Prezident təqaüdçüsü, şair Tural Turan Qarabağla bağlı təklif irəli sürüb.
AYB Gənclər Şurasının üzvü Qarabağda doğulmayan gənclərlə işğal altında olan torpaqlarımızda görüşlərin keçirilməsini mühüm hesab edib:
"Dağlıq Qarabağın öz kəndlərini, şəhərlərini işğal səbəbi ilə indiyə qədər görə bilməyən, orada doğulmayan azərbaycanlı icma nümayəndələri ilə orada doğulan erməni həmyaşıdlarının zəbt olunmuş ərazilərdə (Şuşada, Xankəndidə) görüşləri təşkil olunsun...
Hesab edirəm ki, bu, Xalq diplomatiyası istiqamətində atılmış ən sülhsevər addımdır (təbii ki, işğalçı tərəf razılıq verərsə).
Eyni zamanda, belə bir görüşün təşkili bizim üçün diplomatik müstəvidə həm psixoloji, həm də taktiki baxımından ələvə üstünlüklər deməkdir.
Əgər ata-anası Şuşada, Xankəndidə, Kəlbəcərdə, Xocalıda doğulan 18-20 yaşlı bir gənc həmin torpaqları öz gözü ilə görərsə, onda unutqanlıq və işğal faktını vecə almamaq zəncirləri qırılacaq. Bu cür simptomlar yuxalacaq və ya yox olacaq.
Ruhsal və genetik yaddaşı yenidən boy verəcək. Gənclərimizdə sahiblənmə, qayıdış rüşeymləri sürətlə cücərməyə, boy verməyə başlayacaq..."
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















