Xəbər lenti
Köçəryan: “Mən qaçıb gizlənən adam deyiləm, yoxsa azərbaycanlılar indi Xankəndidə çay içərdilər
Bu gün Ermənistanın ikinci prezidenti Robert Köçəryan üzərində məhkəmə prosesi keçirilib.
Ermənistan mediası xəbər verir ki, keçmiş prezident vəkillərin onu zaminə buraxmaq barədə vəsatətini dəstəklədiyini bildirib.
Robert Köçəryan təcridxanada saxlanılmasının qanunsuz olduğunu söyləyib və istintaqdan gizlənməyə, habelə ölkədən qaçmağa can atmadığını deyib.
“Əgər gizlənən adam olsaydım, indi azərbaycanlılar Xankəndidə çay içirdilər. Bundan başqa, istintaqa təsir göstərəcək heç bir təzyiq vasitəm yoxdur. Əlinizdə 2008-ci ilin 1 mart hadisələri ilə bağlı mənimlə əlaqədar cəmi 2-3 epizod var...” - deyə Robert Köçəryan hakimə səslənib.
Onun sözlərinə görə, bunlardan biri həmin ilin fevralın 23-də Ali Hərbi Şuranın iclasıdır. İkincisi isə ölkədə fövqaladə vəziyyət elan etməklə bağlı o dövrdə paralment spikeri olmuş Tiqran Torosyan, baş nazir Serj Sərkisyan, polis rəisi Ayk Arutunyanla apardığı müzakirələrdir.
Qeyd olunur ki, fevralın 23-də keçirilən iclasın iştirakçılarından biri, hazırda baş nazir Nikol Paşinyanın müşaviri olan general-mayor Arşak Karapetyan istintaqa Robert Köçəryanın orada şifahi şəkildə fövqaladə vəziyyət elan etdiyini bildirib.
Ermənistanın keçmiş dövlət başçısı onun ifadəsini absurd adlandırıb.
Robert Köçəryan zaminə çıxmaq üçün girov məbləğini də ödəyəcəyini, lakin bunun üçün özünün və ailəsinin bank hesabları üzərindən həbsin götürülməsini istəyib.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar