Xəbər lenti
Kəlbəcərli tələbələrlə görüş keçirildi- ŞƏKİLLƏR
Sentyabrın 6-da Gəncə şəhəri 1500 ailəlik yeni qəsəbədə yerləşən Mədəniyyət Sarayında Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığıl ilə ali məktəblərə qəbul olunmuş tələbələrlə görüş keçirilib.
Manevr.az xəbər verir ki, tədbirdə Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, ümumtəhsil müəssisələrinin pedaqoji kollektivləri, ali məktəblərə qəbul olunmuş tələbələr və valideynlər iştirak edib. Dövlət Himni səsləndirildikdən sonra rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov geniş məruzə ilə çıxış edərək tələbələri təbrik edib və onlara yeni qəbul olduqları ali təhsil müəssisələrində müvəffəqiyyətlər arzulayıb. İcra başçısı ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatların verdiyi bəhrələrdən danışaraq tələbə adını qazanmış gəncləri təbrik edib. O, qeyd edib ki, bu il tam orta məktəbləri bitirən 1127 nəfər məzundan 556 nəfər tələbə adını qazanıb, onlardan 14 nəfəri 600-dən çox bal toplayıb.
Tədbirdə çıxış edənlər ölkəmizdə təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda ali məktəblərə daxil olmuş tələbələrə hədiyyələr təqdim olunub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar