Xəbər lenti 
					
 
		"Ermənilər əsgərlərinin cəsədlərini sürüyə-sürüyə aparırdılar" -MN-nin şöbə rəisi

"Aprel döyüşlərində Ermənistan ordusunda vəziyyətin acınacaqlı olmasının bir daha şahidi olduq".
Manevr.az xəbər verir ki, bunu “Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfransda çıxış edən Müdafiə Nazirliyinin şöbə rəisi Rauf Dəmirov deyib.
O bildirib ki, erməni hərbçilər Aprel döyüşlərində həlak olan erməni əsgərlərinin cəsədlərini təhvil alanda, onları sürüyə-sürüyə aparırdılar:
“Biz bu hadisədən şoka düşdük. Çünki onlar Ermənistan tərəfindən döyüşən əsgərlər idi. Amma bizim pilotlarımızın olduğu təyyarə vurulanda cəsədləri qarşı tərəfdən alarkən hərbi təzim edib, çiyin bərabərində qaldırıb, sıra addımı ilə maşına qədər apardılar. Bu isə ermənilərdə böyük şok yaratdı. Bu, bizim şəhidimizə verdiyimiz qiymət idi".
R.Dəmirov deyib ki, Azərbaycan torpaqları işğaldan azad olunmalıdır: "ATƏT-in Minsk Qrupu həmsədrləri uzun illər danışıqlar aparsa da, nəticəsi yoxdur. Ermənistan tərəfi ölkədə olan xaosu ört-basdır etmək üçün cəbhə xəttində təxribatlar yaradır. Son zamanlar atəşkəs daha tez-tez pozulur, Azərbaycan ordusu onlara layiqli cavab verir. Onlar başa düşürlər ki Azərbaycan Ordusu istər silah, istərsə də şəxsi heyətin mənəvi-psixoloji hazırlığı baxımından erməni ordusundan qat-qat yüksəkdir".apa
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 














