Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Dağlıq Qarabağ münaqişəsi Ermənistanı məhv edir” - “The National İnterest” jurnalında həmyerlimizin məqaləsi

Tarix: 10-06-2019 23:28     Baxış: 4323 A- / A+
“Dağlıq Qarabağ münaqişəsi Ermənistanı məhv edir” -  “The National İnterest” jurnalında həmyerlimizin məqaləsi

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqovun dünyanın beynəlxalq münasibətlər üzrə tanınmış ən məhşur jurnallarından biri olan “The National İnterest”də “Dağlıq Qarabağ münaqişəsi Ermənistanı məhv edir” başlıqlı məqaləsi çap edilib. Məqalə həmin məcmuədə mayın 14-də qondarma Dağlıq Qarabağ rejiminin Xarici İşlər nazirinin Dağlıq Qarabağı müstəqil dövlət kimi göstərməyə çalışan məqaləsinə cavab olaraq yazılmışdır.
Məqalədə göstərilir ki, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejimin çoxsaylı tarixi və hüquqi faktlarla Ermənistan tərəfindən süni bir qurum olduğu bir daha sübut edilir. Eyni zamanda məqalədə son zamanlar Ermənistan rəhbərliyinin Dağlıq Qarabağı münaqişənin müstəqil tərəfi kimi göstərilməsi cəhdlərinin Sarkisyan-Köçaryan dövründəki münaqişəni uzatmaq və işğal faktının qanuniləşdirmək cəhdlərinin bir hissəsi olması göstərilir. Məqalədə göstərilir ki, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağı müstəqil tərəf kimi göstərməsi cəhdi bu ölkənin beynəlxalq hüququn prinsiplərinə zidd formada qəbul etdiyi daxili qanunvericiliyə ziddir. Belə ki, hazırki Ermənistan rəhbərliyi və qanunvericiliyi hələ də Ermənistan SSR Ali Sovetinin 1989-cu il dekabrın 1-də qeyri-qanuni şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qəbul etdiyi qərara istinad etməkdədi. Bu qərara daha sonra 1993-cü il avqustun 23-də qəbul edilən Müstəqillik haqqında Aktda və 1995-ci il Konstitusiyasında istinad edilmişdir. Başqa sözlə Ermənistan qanunvericiliyinə görə Dağlıq Qarabağ faktiki olaraq bu ölkəyə qeyri-qanuni şəkildə ilhaq edilmişdir. Məqalədə göstərilir ki, Ermənistanın və ermənilərin ilkin və əsas niyyətləri iddia etdikləri kimi Dağlıq Qarabağın müstəqilliyi olmamış onu Ermənistana birləşdirilməsi olmuşdur. Ermənistan torpaqların işğalı faktının onlar üçün sonrakı dövrlərdə beynəlxalq aləmdə problemlər yarada biləcəyinə görə beynəlxalq ictimaiyyət üçün Dağlıq Qarabağın müstəqilliyi məsələsini ortaya atmışdılar. Məqalədə göstərilir ki, Ermənistan həqiqətən Dağlıq Qarabağın müstəqilliyi iddia edirsə ilk növbədə özünün beynəlxalq hüquqa zidd bütün daxili hüquqi aktlarına yenidən baxmalı və dəyişməlidir. Müəllif daha sonra göstərir ki, Ermənistan rəhbərliyi özünün bu siyasəti ilə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Qeyd edilir ki, Ermənistanın iki əvvəlki lideri əslən Qarabağdan Ermənistanın beynəlxalq hüquqla tanınan sərhədlərindən kənarda olmuş, özlərinin siyasi karyeralarına Azərbaycana qarşı müharibədə başlamış şəxslərdir. Göstərilir ki, Ermənistan Konstitusiyasına görə ölkənin prezidenti bu ölkənin vətəndaşı olmalı və ən azı 10 il bu ölkənin ərazisində yaşamalı idi. 1998-ci ildə əvvəl Dağlıq Qarabağ qondarma rejiminin prezidenti olmuş Robert Köçaryan formal olaraq bu tələblərə cavab vermirdi. Lakin, o zaman Ermənistanın Kassasiya Məhkəməsi 1989-cu il dekabrın 1-də Ermənistan SSR-nin qəbul etdiyi qərara istinad edərək, Dağlıq Qarabağı “hüquqi olaraq” Ermənistan ərazisi kimi tanımış və R. Köçaryanın qarşısında Ermənistan prezidenti olmaqla bağlı maneə qalmamışdı. Məqalədə həmçinin bununla bağlı 2003-cü ildə bir qrup müxalifətçinin Ermənistan məhkəməsində R. Köçaryanın pasportunun ləğv edilməsi və onun faktiki olaraq Azərbaycan vətəndaşı olması ilə bağlı iddiasının rədd edilməsi faktı da qeyd edilir. Bundan əlavə məqalədə Ermənistanın Dağlıq Qarabağ ərazisində silahlı qüvvələrinin saxlaması, burada ölən əsgərlərin məhz Ermənistan Respublikasının ərazisindən olan hərbi çağrışçılar olması, eləcə də Ermənistan Baş nazirinin oğlunun Dağlıq Qarabağ ərazisində hərbi xidmətdə olması faktlarının Azərbaycan torpaqlarının məhz Ermənistan tərəfindən işğal edilməsi faktını bir daha sübut etməsi faktını göstərir. Bu faktlarla məqalənin girişində müəllif ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun regiona keçən ilin oktyabrında səfəri

zamanı Ermənistanın baş naziri Paşinyana keçiriləcək seçkilərdən sonra yeni hakimiyyətin münaqişənin həlli ilə bağlı “qətiyyətli addımlar” atması üçün imkan yaranacağı fikrinə Paşinyanın kobud formada etiraz etməsi faktı diqqətə çatdırılır. Eyni zamanda

ABŞ-ın Ermənistadakı keçmiş səfiri öz postunu tərk etməmişdən əvvəl mətbuat üçün müsahibəsində Ermənistandakı korrupsiyanın və iqtisadi çətinliklərinin sadəcə olaraq keçmiş hakimiyyətin pis daxili siyasətində deyil, məhz onun xarici siyasətinin yaratdığı münbit şəraitdən doğduğunu açıq şəkildə ifadə etməsi faktı oxucuların diqqətinə çatdırılır. Keçmiş səfirin də ölkənin hazırkı ağır vəziyyətdən çıxması üçün torpaqların işğaldan azad edilməsi tövsiyyəsi və bu tövsiyyəyə Ermənistan rəhbərliyinin etiraz etməsi faktı vurğulanır. Məqalənin nəticəsində qeyd edilir ki, Ermənistan münaqişəni həll etmədən istənilən formada ən yaxşı islahatları həyata keçirsə belə onu bu vəziyyətdən nə erməni lobbisi nə də başqa hansısa qüvvə xilas edə bilməyəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar