Xəbər lenti 
					
 
		Minsk Qrupundan QARABAĞ AÇIQLAMASI: Azərbaycan və Ermənistan razılaşdı
Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları – Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan yaxın vaxtlarda Qarabağ üzrə növbəti görüşün keçirilməsi barədə razılaşıblar.
Manevr.az xəbər verir ki, bu haqda ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şoferin (ABŞ) regiona səfərlərinin yekunları ilə bağlı bəyanatında deyilir.
Qeyd edək ki, həmsədrlər mayın 27-də bölgəyə səfərə gəliblər və ilk olaraq Yerevanda olublar.
Onlar mayın 27-də Yerevanda Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan, eyni zamanda müdafiə naziri David Tonoyanla görüşüblər. Həmsədrlər həmçinin mayın 29-da Azərbaycanın işğal altında olan Xankəndi şəhərində də olub, separatçı rejimin rəhbəri Bako Saakyanla görüşüblər. Onlar mayın 30-da Bakıya gəlib, bir sıra görüşlər keçiriblər. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kaspşik də iştirak edib. Görüşlərdə cəbhə xəttindəki vəziyyət müzakirə edilib.publika.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















