Xəbər lenti
Vətən uğrunda ölən varsa...- Şəhid Ülfət Kərimov anılıb - ŞƏKİLLƏR
Bu gün qəhrəman kəşfiyyatçı, əfsanəvi döyüşçü Ülfət Kərimovun vətən uğrunda şəhid olduğu gündür.
Əslən Kəlbəcərdən olan Ülfət çoxsaylı qəhrəmanlığı, şücaəti ilə düşmənə dəfələrlə ağır zərbə vurub. Təssüf ki, 27 mart 1993-cü il onun son döyüş tarixi oldu. Ü.Kərimov Ağdaban rayonu uğrunda döyüşlərdə qəhramancasına həlak olaraq, şəhidlik zirvəsinə ucaldı. Onun qəhrəmanlığını əks etdirən, rəsmi qeydə alınmış materiallardan bəzilərini nəzərinizə çatdırırıq:
Birinci motoatıcı briqadasının komandirinin verdiyi 287 saylı, 9 oktyabr 1992-ci il tarixli arayışında göstərilir: Böyük serjant Kərimov Ülfət Ələkbər oğlu 5 sentyabr 1992-ci il tarixdə Ağdərə rayonunun Qozlu kəndi uğrunda gedən döyüşlərdə düşmənə məxsus bir ədəd tank (T-72), bir ədəd PDM-i, bir ədəd «PK» pulemyotunu, üç ədəd «RPQ-7»-ni qənimət kimi ələ keçirmiş və 60 qulduru məhv etmişdir. 2 oktyabr 1992-ci il tarixində Laçın rayonunun Hoçaz dağında Ülfət Kərimov 2 ədəd tank, 2 ədəd «PDM-2», 2 AQS-17, 2 ədəd minaatan(120 mm.-lik) ələ keçirmiş və 3 ədəd tankı məhv etmişdir. Yuxarıda göstərilənlər Ülfət Kərimovun yalnız qeydiyyata alınması münkün olan nailiyyətləridir.
Manevr.az xəbər verir ki, bir qrup vətənpərvər Kəlbəcər sakini tərəfindən Bakı və Gəncə şəhərlərində Ülfət Kərimovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edib. Tədbirə Ü.Kərimovun ailə üzvləri - bacısı Xuraman Kərimova, qardaşı Zöhrab Kərimov və digər ailə üzvləri də qatılıb.
Ramiz Nəcəfli, Ramiz Abışov, Rafiq İbrahimov, Nizami Aslanov,Müşfiq Hüseynov, Elçin Cəfərov, Muğan Hüseynov, Vidadi Sarıyev, Mətləb Şirinov, Nahid Kərimov, Məmmed Hacıyev, Yusif Məmmədov, Vəkil Nəbiyev və başqaları tədbir boyunca şəhidin həyat yolundan və qəhrəmanlığından söz açıblar.
Gəncədə düzənlənən anım mərasimində Şahin Hüseynov, Nizami Həsənov, İsabala Əliyev, Ramiz Əliyev, Rizvan Atayev də Ülfət Kərimovu, onun simasında bütün şəhidlərimizi ehtiramla anıblar. Mərasim iştirakçıları onu da qeyd ediblər ki, Ülfət kimi oğullarımız bizim qürurumuz və şərəfimizdir. Və işğalda olan torpaqlarımızı azad etməklə, şəhidlərimizin ruhunu şad etmək bizim borcumuzdur. Sonda mərasim iştirakçıları tezliklə zəfər marşı çalınacağına ümid və inam hissi ilə tədbiri yekunlaşdırıblar.
Sevinc Qərib,
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar