Xəbər lenti
"Sarkisyan yalan danışır, Ermənistanın "İsgəndər"i yoxdur"
Ermənistan prezident Serj Sarkisyan Rusiyanın "Sputnik” beynəlxalq informasiya agentliyinin direktoru Dmitri Kiselyova verdiyi müsahibədə diqqətçəkən etiraflar edib.
Məsələn, Sarkisyan deyib ki, Rusiyanın "İsgəndər” raket komplekslərinin ölkə ərazisində yerləşdirilməsi məcburiyyətdən atılmış addımdır: "İsgəndər” raket komplekslərinin Ermənistanda yerləşdirilməsi regionda hərbi balansın saxlanılmasına xidmət edən amildir. Hesab edirəm ki, bu, məcburi addım idi, hansısa formada regionda hərbi situasiyanı balanslaşdırmaq məqsədi daşıyırdı”.
Azərbaycanın son illər ərzində yeni silahlar aldığını deyən Sarkisyan ölkəsinin buna imkanı olmadığını vurğulayıb: "Bizim Azərbaycan kimi imkanımız yoxdur, mən maliyyə imkanlarını nəzərdə tuturam. Lakin biz həmişə "antizəhər” tapmağa, situasiyanı balanslaşdırmağa çalışmışıq”.
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə bildirib ki, Sarkisyanın müsahibədə səsləndiyidi bəyanatlar etiraflarla doludur.
"Bu etiraflardan biri də Ermənistan silahlı qüvvələrinin yeni silahlar əldə etməsi ilə bağlıdır. Əgər Ermənistan bir ölkə kimi inkişaf etsəydi, burada hər hansı bir problem olmazdı. Ermənistan militarist ölkədir. Bu ölkə Azərbaycan torpaqlarının bir hissəsini işğal edib. Ona görə də silahlı qüvvələrin təminatı və yeni silahların alınması bir nömrəli məsələdir. Ermənistanın iqtisadiyyatı, maddi resursları yoxdur. Bununla belə işğalçı ölkə dünyaya meydan oxumağa çalışır. Sarkisyan etiraf edir ki, dövlətin maliyyə imkanları yoxdur. Əgər Rusiya ara-sıra Ermənistana əvəzsiz silah verməsə, hesab edirəm ki, bu ölkənin vəziyyəti daha acınacaqlı olar”.
"İsgəndər” raket kompleksləri ilə bağlı məsələyə gəlincə, millət vəkili hesab edir ki, Sarkisyan ictimaiyyəti aldatmaqla məşğuldur: "Ermənistanın hər hansı "İsgəndər” raket kompleksləri yoxdur. Bu komplekslər çox bahalıdır. Rusiya heç bir halda bunu Ermənistana güzəşt edə bilməz. Sadəcə görüntü naminə hərbi paraddan keçirilən bu kompleks yenidən Rusiya hərbi bazasına qaytarılıb”.
A.Mirzəzadə vurğulayıb ki, Ermənistan heç vaxt Azərbaycanla hərbi balans yarada bilməz: "Bu ölkənin nə iqtisadi gücü, nə əhali sayı, nə də maddi imkanları Azərbaycanla balans əmələ gətirə bilər. Azərbaycanın hərbi qüdrətini artırması ancaq Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad etmək məqsədi daşıyır. Torpaqlar işğaldan azad edildikdən sonra buna o qədər də ehtiyac qalmayacaq”.
Millət vəkili vurğulayıb ki, Ermənistan prezidentinin etirafları onun qorxu və təlaş içərisində olduğunu göstərir: "Bu gün Ermənistan özünün çıxılmaz vəziyyətdə olduğunu dərk edir. Bu müsahibə ilə Sarkisyan dünyaya yalvarır. Ancaq, bu çıxış yolu deyil. Azərbaycan dünyada özünü tanıda bilib, Dağlıq Qarabağ problemi ilə bağlı obyektiv informasiya möhkəmlənir. Bu səbəbdən Ermənistanın Azərbaycana torpaq iddialarından əl çəkməkdən başqa yolu yoxdur”. (azvision.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar