Xəbər lenti 
					
 
		"Paşinyan Əliyevlə görüşdən bir dəqiqə qabaq Ter-Petrosyandan məsləhət alıb" - “Past” qəzeti

İsveçrənin Davos qəsəbəsində hər il keçrilən “Dünya iqtisadi forumu”nun ən maraqlı və intriqalı məqamlarından biri də Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında 3-cü qeyri-rəsmi görüşün baş tutması olub.
Ermənistanın “Past” qəzeti həmin görüşlə bağlı yazı dərc edib və maraqlı iddia ortaya atıb.
Qəzetdə verilən informasiyaya görə, iki ölkə lideri arasındakı danışıqların təsadüfən baş tutduğu söylənilsə də, əslində tərəflərin bu barədə qabaqcadan xəbəri olub. Hətta onun detalları xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnasakanyanın 4 saatlıq görüşündə müzakirə edilib.
“Past” qəzeti Nikol Paşinyanın görüşdən bir neçə dəqiqə qabaq başqa otağa keçərək orada bir şəxslə telefonla, gülümsəyərək danışdığını yazıb.
Qəzet “havada gəzən şayiələrə əsasən” Ermənistan baş nazirinin həmsöhbətinin keçmiş prezident Levon Ter-Petrosyan olduğunu və baş nazirin eks-prezidentdən məsləhət aldığını iddia edib.musavat.com
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















