Sizin Reklam Burada
Xəbər lenti
04-08-2025
03-08-2025
BÜTÜN XƏBƏRLƏR

Moskva İrəvana müasir silahlar verdi - Siyahı

Tarix: 14-11-2016 14:55     Baxış: 4545 A- / A+
Moskva İrəvana müasir silahlar verdi



Rusiya Ermənistana 6 ədəd “Smerç” reaktiv artilleriya sistemi və 6 ədəd TOS-1A ("Solnçepyok") ağır odpüskürmə sistemi verəcək.

Manevr.az-ın məlumatına görə, bu barədə informasiya Rusiyanın Dünya Silah Ticarəti Analizi Mərkəzinin hesabatında yer alıb. Hesabata əsasən, Ermənistan bu “Smerç” sistemlərinə görə Rusiyaya 60 milyon dollar, “Solnçepyok”a görə isə 40 milyon dollar ödəməlidir. Bu il İrəvan Rusiyadan “Tiqr” tankları və İqla-S zenit-raket kompleksləri də alacaq.

Qeyd edək ki, bu silahların hamısı İrəvana Moskvanın bir neçə ay öncə ayırdığı 200 milyon dollar kredit sayəsində veriləcək. Tərəflər arasında razılaşmaya əsasən, kredit Ermənistan ordusunun müasir silahlarla təchizatına xərclənməlidir. İrəvan Moskvadan aldığı krediti 2018-ci ildən etibarən ödəməyə başlayacaq. Kredit 10 il ərzində ödənilməlidir. Bu silahların hər birinin adı bundan öncə Ermənistanın Rusiyadan hansı silahları alacağı ilə bağlı hazırladığı siyahıda yer almışdı.

Maraqlı məqam odur ki, Rusiya bu silahları Ermənistana tam güzəştli şərtlərlə satır. Belə ki, hazırda “Smerç” sistemlərinin eksport versiyası 12,5 milyon dollaradır. Əgər hesabata nəzər yetirsək, Moskvanın onu Ermənistana 10 milyon dollara verdiyini görə bilərik.(axar.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar